Imam Məhəmməd Cəvad (əleyhissalam) haqqında qısa məlumat
Imam Məhəmməd Cəvad (əleyhissalam)
Ləqəbləri: Cəvad, Təqiyy, Qane, Muxtar, Zəkiyy, Murtəza, Alim, Nuri sate.
Künyəsi: Əbu Cəfər.
Atası: İmam Riza (əleyhissalam).
Anası: Səbikə. (İmam Riza (əleyhissalam) onu Xizran, Dürrə, Reyhan adlandırmışdır).
Doğulduğu gün: 10 Rəcəb.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 195-ci hicri ili.
Şəhid olduğu gün: Zilqədənin son günü.
Şəhid olduğu il: 220-ci hicri ili.
Ömrü: 25 il.
Şəhadət səbəbi: O Həzrəti arvadı – Məmunun qızı (Mötəsimin göstərişi ilə) zəhərləmişdir.
Dəfn olunduğu yer: Kazimeyn.
Övladlarının sayı: 4 (2 oğlan, 2 qız).
Oğlanları:
1. Əli (əleyhissalam).
2. Musa Mübərqi.
Qızları:
1. Fatimə.
2. İmamə
Üzüyünün yazısı: “Həsbiyyallahu” (Mənim arxalanacağım Allahdır).