▼▼▼▼▼Gecikməyin▼▼▼▼▼

07 Haziran 2015
1 371
0
▼▼▼▼▼Gecikməyin▼▼▼▼▼
▼▼▼▼▼Gecikməyin▼▼▼▼▼
▼▼▼▼▼Gecikməyin▼▼▼▼▼
10-cu sinifdə İngilis dili dərsində yanımda bir qız otururdu. Ona mənim ən yaxın dostum deyirdim... Amma mən onun ipək kimi saçlarına baxıb, onun mənim olmasını istəyirdim... Amma bilirdim ki, O, mənə, mənim ona baxdığım gözlə baxmırdı. Dərsdən sonra qalxdı və keçən dəfə dərsdə olmadığı üçün ev tapşırığını istədi. Tapşırığı ona verəndə təşəkkür etdi və yanağımdan öpdü. Onu yalnız dost kimi sevmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma deyə bilmirdim... Səbəbini bilmirdim, amma çox utanırdım...
11-ci sinifdə telefonum zəng çaldı, zəng edən O idi. Ağlayırdı və mənə sevginin onun qəlbini necə qırdığını anladırdı. Məni evlərinə çağırdı, tək qalmaq istəmədiyini söylədi və əlbəttə ki mən də getdim. Kresloda onun yanında oturdum və gözəl gözlərinə baxmağa başladım və onların mənim olmasını dilədim. 2 saatdan sonra kino başladı və biz kinoya baxdıq. Sonra yatmaq qərarına gəldi və mənə hər şey üçün təşəkkür etdi və yanağımdan öpdü. Onu yalnız dost kimi sevmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma deyə bilmirdim... Səbəbini bilmirdim, amma çox utanırdım...
Son sinifin məzuniyyət yığıncağından bir gün öncə yanıma gəldi və “mənimlə yığıncağa gələcək oğlan xəstədi və gecəyə gəlməyəcək” dedi. Mənim də gedəcəyim kimsə yox idi və 7-ci sinifdən bir-birimizə söz vermişdik ki, əgər gedəcəyimiz kimsəmiz olmasa yığıncaqlara birlikdə gedəcəkdik, ən yaxın dost olaraq. Və yığncağa birlikdə getdik, hər şey çox gözəl oldu və sonra onu evlərinə, qapılarının ağzına qədər apardım. Qapının önündə ona baxdım, O da mənə gözəl gözləri ilə gülümsəyərək baxdı. Onların mənim olmasını istədim... Amma O, mənə, mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Mənə “Həyatının ən gözəl zamanını keçirdiyini” söylədi və yanağımdan öpdü. Onu yalnız dost kimi sevmediyimi bilməsini istəyirdim, onu çox sevirdim amma deyə bilmirdim... Səbəbini bilmirdim, amma çox utanırdım...
Günlər, həftələr, aylar keçdi və məzuniyyət günü gəldi çatdı... Ancaq onu izlədim, onun gözəl vücudunu seyr etdim. Diplomunu almaq üçün səhnəyə çıxanda sanki havada süzülən bir mələk kimi idi. Onun mənim olmasını istəyirdim... Amma O mənə, mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Evə getmədən öncə yanıma gəldi və ağlayaraq mənə sarıldı sonra başını çiynimə qoydu və “Sən mənim ən yaxın dostumsan!” deyib yanağımdan öpdü. Onu yalnız dost kimi sevmediyimi bilməsini istəyirdim, onu çox sevirdim amma deyə bilmirdim... Səbəbini bilmirdim, amma çox utanırdım...
Aradan illər keçdi... Bir kilsədə idim və O qızın nigahını izləyirdim... bəli artıq O evlənirdi, onun “Bəli, qəbul edirəm!” deməsini, yeni həyata girməsini izlədim, başqa bir adama aid olduğu halda, onun mənim olmasını istəyirdim... Amma O mənə, mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Yeni həyata girmədən öncə yanıma gəldi və “Nigahıma gəldiyin üçün təşəkkür edirəm!” deyib yanağımdan öpdü. Onu yalnız dost kimi sevmediyimi bilməsini istəyirdim, onu çox sevirdim amma deyə bilmirdim... Səbəbini bilmirdim, amma çox utanırdım...

İllər çox tez keçdi... İndi mənim bir zamanlar ən yaxın dostum olan qızın tabutuna baxıram. Əşyaları toplananda İnstitut vaxtlarında yazdığı gündəliyi ortaya çıxdı... həmin gündəliyi götürdüm və o gündəlikdə yazılan sətrlər belə idi...”Onun gözlərinə baxaraq onun mənim olmasını dilədim... Onu yalnız dost kimi sevmediyimi bilməsini istəyirdim, onu çox sevirdim amma deyə bilmirdim... Səbəbini bilmirdim, amma çox utanırdım... Kaş mənə bir dəfə də olsa sevdiyini söyləyəydi...”
▼▼▼▼▼Gecikməyin▼▼▼▼▼
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.