✈Bir az Uzun olsa...Xəyallar...✈

26 Haziran 2015
1 898
0
✈Bir az Uzun olsa...Xəyallar...✈
✈Bir az Uzun olsa...Xəyallar...✈

✈Bir az Uzun olsa...Xəyallar...✈
Böyük həyətləri var gözəl qoxulu güllərlə dolu. . burda həm dincəlmək , həm də doyunca oynamaq olar. . atasının qurduğu yelləncəkdə yellənir balaca qız, saçlarını buraxıb küləyin nəvazişli əllərinə.. anası yuduğu paltarı incə zərifliklə, səliqə ilə sərir həyətdəki iplərinə . paltarlardan yayılan təmizlik qoxusu bütün həyəti qavrayıb.. İlahi, bura elə sakit və gözəldir ki.. səma azadlığa doğru qanad çırpan quşlarla bəzənib. . həzin meh var. və qonşu həyətlərdən gələn toyuq ,cücə səsləri eşidilir. . Balaca qız yelləncəkdəki sürətini azaldıb dayanmasını gözləyir, düşür və yavaşca irəliləyir. . su arxının yanına qoyub yatızdırdığı balaca gəlinciyini götürür və təəccüblə baxır.
.
✈Bir az Uzun olsa...Xəyallar...✈
...
Onun dodaqları tərpənir, bu ki, mümkün deyil..səsi boğunuq uğultunun içindən yavaş yavaş yaxınlaşır..o ağlayır ? Bu ağlama səsi haradan gəlir? . 13 yaşlı balaca qız birdən gözlərini qırpır , xəyaldan ayılır və biraz uzaqlıqda, yolun ortasına atılmış, qolları qopmuş, gəlinciyə baxdığının fərqinə varır.. qucağında tutduğu körpəsinin yuxudan oyanıb ağladığını görür və sakitləşməsi üçün bir irəli , bir geri yellənməyə başlayır...bu balaca , həyatdan təcrid edilmiş qızcığaz hələ tam dərk etmədiyi körpəsinə baxıb düşünür : xəyallar kaş bu qədər qısa olmasa deyir.. kaş bu soyuq müharibələr qədər uzun çəksə o da..
✈Bir az Uzun olsa...Xəyallar...✈
.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.