Dünyanın ən amansız qatilləri — Siyahı

28 Haziran 2015
1 429
0
Dünyanın ən amansız qatilləri — Siyahı
Dünyanın ən amansız qatilləri — Siyahı


Feat.az dünyanın kriminal tarixinə düşən ən qəddar və amansız qatillərin siyahısını təqdim edir:

İNGİLTƏRƏ: 300 xəstəsini öldürən həkim Harold Şipman üst-üstə 13 dəfə ömürlük həbs cəzasına məhkum edildi;

10 nəfəri öldürən və 9 nəfəri daha öldürdüyü güman edilən Rozmari Vest 1995-ci ildə ömürlük həbs cəzasına məhkum edildi. Onun evində 2-si öz uşaqlarına aid 10 cəsəd tapılmışdı. Vestin əri Frederik də 12 nəfəri öldürdüyünü etiraf etdikdən sonra həbs edilmiş, daha sonra isə həbsxanada intihar etmişdi;


15 nəfər gənc oğlanı öz mənzilində öldürüb tikələrini kanalizasiyaya atan Dennis Nilken də ömürlük həbs cəzasına məhkum edildi;

KOLUMBİYA: 189 nəfəri öldürən və "Genova canavarı" ləqəbi ilə məşhur olan Luiz Alfredo Qaravito 835 il müddətinə azadlıqdan məhrum edildi;

EKVADOR: Cəsədləri tapılmış 60 oğlan və qız uşağını zorlamaqda təqsirli bilinir. Onun meyidi tapılmayan təxminən 240 azyaşlını da zorlayaraq öldürdüyü güman edilir;

RUSİYA: "Rostov qəssabı" ləqəbli Andrey Çikotilo 1987-1990-cı illər arasında 52 nəfəri vəhşicəsinə öldürməkdə təqsirli bilinirdi. Fəlsəfə elmlər doktoru olan Çikotilo 1994-cü ildə ağlının üstündə olduğunu bildirdikdən sonra edam edildi;

PAKİSTAN: 100-dən çox uşağı öldürməkdə təqsirli bilinən Cavid İkbal da edam edildi. Dogər qatillərdən fərqli olaraq pakistanlı manyak sona qədər günahını boynuna almadı.

ABŞ: "Qatil palyaco" olaraq adlandırılan Con Qeysi 1972-1978-ci illər arasında 33 gənci təcavüz edərək öldürdüyünü etiraf etmişdi. Evində 29 cəsəd tapılan Qeysa 1994-cü ildə İllinoys ştatında edam edilib;

"Miluoki qəssabı" Ceffri Dahmer 1978-1991-ci illər arasında 17 nəfəri öldürdüyünü onların ətini yediyini etiraf etdi. Dahmer 1994-cü ildə yatdığı həbsxanada başqa bir məhbus tərəfindən öldürüldü.

CƏNUBİ AFRİKA: 38 nəfəri öldürən, 40 nəfərə təcavüz edən Moses SDithole 1997-cxi ildə 2410 il həbs cəzasına məhkum edildi;

UKRAYNA: 1989-1996-cı illər arasında 10-u uşaq 52 nəfəri öldürən Anatoliy Onoprienko da edam cəzasına məhkum eildi;

İTALİYA: 7 ayda 17 nəfəri öldürdüyünü etiraf edən 46 yaşındakı Donato Bilancia 13 dəfə üst-üstə ömürlük həbs cəzasına məhkum edildi;

ALMANİYA: "Düsseldorf vampiri" kimi tanınan Peter Kuerten 50 nəfəri öldürərək qanılarını içdeiyini etiraf etmiş və bu cinayətə görə 1931-ci ildə edam edilmişdi;

FRANSA: Marsel Petiot adlı bir həkim 1946-cı ildə 24 nəfəri öldürdüyünə görə edam edildi. Petiotun qurbanlarını Parisdəki bir oteldə öldürdüyü və daha sonra parçalayaraq sobada yandırdığı bildirilmişdi;


10 qadını evlənmək vədi verərək evinə gətirib, daha sonra öldürüb sobada yandıran fransız manyak Henri-Desire Landru isə 1922-ci ildə edam edildi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET