Keçmişimin xəritəsi...

01 Temmuz 2015
1 313
0
Keçmişimin xəritəsi...

Keçmişimin xəritəsi...

Çoxlu dünənlər itirdiyimi anladım bu gün. Qədrini bilmədiyim keçmişlər oldu həyatımda. Gərək üzüm güldüyü vaxtı qey edib hər an yadıma salardım. Mükəmməl həyatım var, hava şəraitindən aslı olaraq. Kaş həmişə uşağlığımı xatırladan fəsillər,üzümü güldürən hadislər yaşanardı.Necədə darıxıram böyüdükcə.Qəribə duyğular yaşayıram hər gün. Dejavuların sayı artdıqca qeyri-adi biri olduğumu sanırdım.Amma sonra öyrədim ki, bu xəstəliklə əlaqədar ola bilər. Nostaji hisslər yaşandıqca əslində çox xoşbəxt oluram.Bilirsən necə gözəldi Payızda yay havası? Amma Qışda günəş çıxan kimi sanki, hisslərim əriyir. Uşaqlıqda xoşbəxt olmaq üçün gecələr dua etmirdim.Onsuzda qar ərimədiyini gördüyümdə xoşbəxt olurdum.Həvəslə əlcəyimi geyinib bir dəqiqənin içində bütün şəhərin keyfini çıxardacağımı düşünürdüm. Onda retrica,facebook yox idi ki,xoşbəxtliyimizin şəklini çəkib hardasa paylaşaq.O vaxt sevginin iki növü bir üzü var idi. Ya xoşbəxt ola biləcəyini anlayıb ailə qururdular yada bir-birlərinə uyğun olmadığını anlayıb ləyaqətli şəkildə ayrılılığın səmimiyyəti ilə barışıb özlərinə həyat yoldaşı axtarırdılar. Çünki o vaxt həyat başqa idi.Xoşbəxt ola biləcəyin hər yeri bulvar adlandırdılar.İndi isə həmin bulvarlarda yaşana biləcək bir neçə dəqiqəlik xoşbəxtlik axtarırlar.Şaxta babanıda uşaqlıqda gözləyə-gözləyə böyüdüm mən.Necədə gözəl idi İlahi...Nə fərqi var idi ki, əgər düşündüyün şey səni xoşbəxt edirdisə o gerçək olmasa belə onu düşünməyə dəyər.Heç vaxt tək qalmırdım,çünki dünənimə baxanda oynadığım oyunlar,yıxıldığım gülüşlər yadıma düşürdü,dünən ölümdən necə qayıtdığım yox.Keçmişini unudanın gələcəyi olmaz ifadəsi yəqin uşaqlıq günlərini nəzərdə tuturdu.Keçmişimi unutmasamda istəmirəm belə gələcəyi...
- Qayıtmaq istəyirəm keçmişlərə.Həmişə istəmişəm seçim arasında qalanda uşaqlığımıda ora daxil etsinlər.Sevə-sevə seçərdim.Sabah varlı olacağımı bilsəm belə, uşaqlıqda qəlbimdə var olan hissləri dəyişmərəm insanların hazırladığı kağız parçasına...
- Mən inanmışdım Allahım yaratdığın hər şeyə, var etdiyin hər şeyi sevmişdim.Çünki onda çox böyümüşdüm çünki onda cəmi 9 yaşım var idi....


Keçmişimin xəritəsi...- Sülyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.