Tənhalığa "YOX" deyin!

04 Temmuz 2015
1 466
0
Tənhalığa "YOX" deyin!
Tənhalığa "YOX" deyin!

Tənhalığa "YOX" deyin!
Bütün dünyada və eləcə də vətənimizdə baş verən müharibələrin, zəlzələlərin, daşqınların və başqa hadisələrin insan həyatında iz qoymamış keçməsi əlbəttə ki, mümükün olan bir şey deyil.
Ətrafımızdakı hər şey həyatımıza az və ya çox dərəcədə təsir edir.
Bəzən yaşananlar insanların psixikasında öz silinməz islərini buraxır.

Müasir dövrün ən böyük problemlərindən biri - tənhalıqdır.
İnsan yalnız kimsəsiz olduğu halda tənha olmur.
Ətrafda kifayət qədər adam və əyləncə olduğu halda özünü tənha hiss etmə halları da yaşanmaqdadır.
Tənhalıq bir ruhi vəziyyət, bir özünü hissetmə formasıdır.

Tənhalığın 3 tipi fərqləndirlir:
1.Xroniki tənhalıq - insanın uzun müddət başqaları ilə ünsiyyət yarada bilməməsinin nəticəsi kimi özünü göstərir.
2.Situativ tənhalıq - insanın keçirdiyi hər hansı bir stress vəziyyəti bu cür tənhalığın yaranmasına təsir edən amil kimi özünü göstərə bilir. İnsanın yaxın adamını itirməsini nəticəsində keçirdiyi stress onun tənhalğına səbəb ola bilər. Adətən bu cür tənhalıq hissini yaşayan insanlar öz itkiləri ilə barışa bilmirlər.
3.Keçici tənhalıq - əksəriyyət insanlarda təsadüfi özünü göstərən , ötəri bir haldır.

Araşdırmaların nəticəsinə görə, tənhalıq şəraitində insanlarda ən çox rast gəlinən reaksiyalar aşağıdakılardır:
Sükunətdə xəyallara dalmaq, uzun uzadı musiqi dinləmək, internetdə günün çox saatını oturmaq, yatmağa meyllik, davamlı olaraq seriallara baxmaq, ağlamaq, narkotiklərə vəya içkiyə qurşanmaq, bəzən aqresiiya, suisid cəhdləri və s...

Alimlər tənhalığın hətta xərçəng xəstəliyinə səbəb olduğunu düşünürlər.
Nəticələr boz siçovullar üzərində aparılan araşdırmalardan sonra üzə çıxıb.
Alimlər siçanların bir qrupunu ayrı, digərlərini isə tək-tək saxlayıblar.
Nəticədə tənha qalan siçovullarda xərçəngə yoluxma risqinin qrup halında yaşayanlardan 84 dəfə çox olduğu üzə çıxıb.
Bir sözlə, tənhalıq yaşanılan adi həyati bir hal olaraq qalmır.
O insanın vücudunu saran və onun müxtəlif xəstəliklərinə səbəb olan bir "virusa" çevrilir.

Tənhalıq qorxuludur - əsəblərinizə, sağlamlığınıza və hətta həyatınıza!
Özünüzdən gizlənməyin. Tənha olduğunuzu təsdiq edin və hər gün öz-özünüzə deyin: Mən bu vəziyyəti düzəldə bilərəm.
Hec kimi günahlandırmayın. İnsanlar arasında cox olun
Şirniyyat, xüsusən də şokolad yeyin. Axı qlükozaya - xoşbəxtlik vitamini də deyirlər.
Gülməli filmlərə baxın, lətifələr oxuyun. Sevin və sevilin!
Heç nə də kömək etməsə həkimə müraciət edin.

Ləngiməyin!
Tənhalıq sizi məhv etməmiş siz onu məhv edin!
Nə qədər ki, gec deyil - tənhalığa "YOX" deyin!

R.t..Zemichka


Tənhalığa "YOX" deyin!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.