Yalançı dostlarım

06 Temmuz 2015
1 648
0
Yalançı dostlarım
Yalançı dostlarım


Yalançı dostlarım...

İnandım sizlərə qəlbimi verdim,

Doğru axtarırdım,min yalan gördüm,

Sizə arxalandım,çoxaldı dərdim,

Yalançı dostlarım,nə deyim sizə?

Yalançı dostlarım


Güdaza nə qədər mərdi verdiniz,

[center]Sevinc istəyirdim,dərdi verdiniz,

Mənə dərd çəkilmiş sərgi verdiniz,

Yalançı dostlarım,nə deyim sizə?

Yalançı dostlarım


Mələk görkəmində nadan oldunuz,

Qadan alım dedim,qadam oldunuz,

Mən elə bilirdim adam oldunuz,

Yalançı dostlarım,nə deyim sizə?

Yalançı dostlarım


Bir meyvə vermədi bar ağacınız,

Yağdırdı üstümə qar ağacınız,

Mənimçün hazırmış dar ağacınız,

Yalançı dostlarım nə deyim sizə?

Yalançı dostlarım


Müəllif:Yalançı dostlarım Nüsrət Kəsəmənli.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.