Bir nağıldır ömür

13 Temmuz 2015
1 264
0
Bir nağıldır ömür
Bir nağıldır ömür
Sevdiyinin dodağından töküləcək o iki sözlük nağıldır bir ömür…

O iki sözdür həyatın ən gerçək nağılı…

O iki sözlə reallaşar istənməyən bütün gerçəklər…

Bütün qapıları açan bir sehr kimidir…

Bütün pislikləri pərdələyən bir örtü kimi…

Dünyanı başımızda çevirən naməlum, ucsuz-bucaqsız bir səmadır…



Ürəyimizin melodiyası vardır yalnız, o iki sözlük nağılda…

Ən çox o melodiyanı eşitmək istəyərik…

Ən çox o nağılın qəhrəmanı olmaq…

Həyatın ən gerçək yalanında dolanmaq istər könülümüz…

Ömürümüzün ən gözəl rənglərində boğulmaq istər yalnız…

Həyatın həmişə bu tonunu tutmaq və həmişə bu tonla yaşamaq…



O zaman uçar duyğularımız o diyardan bu diyara…

O zaman istəyərik illərcə gözlərimizi tikib suya bənzətdiyimiz dəqiqələri, əqrəbii dayandırmağı…

O zaman salmaq istəyərik həyatın dözülməz yığınlarını…

Yalnız o zaman istəyərik "bir varmış, bir yoxmuş" deyə başladığımız sonsuz nağılımızı…


O səbəbdəndir ki;

BİR NAĞILDIR ÖMÜR…
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.