LƏYLət-ül-Rəğaib

19 Temmuz 2015
2 312
0
LƏYLət-ül-Rəğaib
LƏYLət-ül-Rəğaib
LƏYLət-ül-Rəğaib
Həzrət Əmirəl-möminin Əli (ələyhissəlam) Rəcəb ayında dünya gəldiyi üçün bu ayı O həzrətə nisbət verirlər. Mübarək Rəcəb ayına qüsl ilə daxil olmaq müstəhəbdir. Bu ayın ilk gecəsi il boyu dörd mühüm gecədən biridir ki, ehya saxlamaq və ibadət etmək çox təkid olunmuşdur.
Mübarək Rəcəb ayının 13-ü Mövla Əli(ə)nin doğum günüdür. Bir çox müsəlman toplumlar bu günü "Atalar günü" yaxud "Kişilər günü" kimi qeyd edirlər. Bu gündən etibarən ibadət əhli məscidlərə toplaşıb, 3 gün oruc tutub sırf ibadətlə məşğul olub etikaf saxlayırlar.
Rəcəb ayının 15-ci günü isə ilin çox şərafətli günlərindən biridir ki, xüsusilə oruc tutmaq möminlərə sifariş olunmuşdur.
Mübarək Rəcəb ayının birinci cümə axşamına ləylət-ül-Rəğaib yəni “arzu və istək gecəsi” deyirlər.
Bu gecəyə məxsus əməllər vardır ki, öz növbəsində bu gecənin necə də əhəmiyyətli və fəzilətli olmasının göstəricisidir.
Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur:
Rəcəb ayının ilk cümə axşamından qafil olmayın. Çünki bu gecəni mələklər “istəklər gecəsi” adlandırırlar. Gecənin üçdə bir hissəsi keçdikdən sonra göylərdə heç bir mələk qalmaz ki, yerə enib Kəbənin ətrafında toplaşmasın. Bu zaman nagah Allah Taala mələklərə səslənər: Ey Mənim mələklərim! Hər nə istəyiniz varsa Məndən tələb edin.
Mələklər Allahın cavabında deyərlər: Hacətimiz budur ki, Rəcəb ayı oruc tutanları bağışlayasan.
Allah Təbarəkə və Taala buyurar: Bu istəyinizi etdim.
LƏYLət-ül-Rəğaib

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.