˙·٠•●๑ Bu şəhərdə kimsə yoxdur ๑●•٠·˙
İnsan özünü ucaldacaq fürsətlərini bilərəkdən əldən verəcək qədər axmaqdır.
İnsan bağlı qapılara mütəmadi baxan və nəticədə də açıq qapıları görməyən bir varlıqdır.
İnsanlar ağılları ilə deyil hissləri ilə yaşamaq istəyirlər. Hisslərlə yaşamaq mümkün olmadıqda isə başlayırlar iztirab
çəkməyə...
İnsanın digərlərini anlamağı ilk növbədə, özünü anlamağından başlayır.
İnsanları anlamaq üçün yalnız insan olmalısan. İnsanın başqa birini anlamağı üçün isə yalnız onun yerində olmağı lazımdır.
İnsanın özünü anlamağı üçün isə özünün kim olduğunu dərk etməyi mütləqdir. Öz yerini itirimiş insan bütün həyatı boyu tənhalığa
və iztirablara məhkumdur.
İnsan özü ilə səmimi deyil. Ona görədə özünü başa düşməməyindən şikayətlənməməlidir.
İnsanlar xoşbəxtlik barəsində danışmağı xoşlayırlar. Ancaq bilmirlər ki, ən böyük xoşbəxtlikləri insan olaraq dünyaya
gəlməkləridir. Belə ki, onlar cansız bir daş, hərəkətsiz ağac, şüursuz heyvan olaraq da yarana bilərdilər.
Tənhalıq heç bir zaman onun ruhunun dərinliklərinə bu qədər işləməmişdi, düşüncələrinə, davranışlarına, bu qədər
dərindən təsir etməmişdi.
Həyat üçün sənin necə olduğun, nə düşündüyün, nə istədiyin, nəyə qadir olduğun, "yaxşı insan" olduğun qətiyyən əhəmiyyətli deyil.
O, sənin nə etdiyinə baxır. Bəli, məhz nə etdiyinə.
Ətrafın təsirinə həssas olan insan hər gün öz ruhunda nəsə əkir və nəsə düzəldir. Bəzən müsbət hislərdən təşkil olunmuş gözəl bir bağ,
bəzən isə quraq və yararsız torpaqdan ibarət olan bir biyaban.
Bizim bütün fikirlərimiz, arzularımız necə də sadə və mənasızdır. Biz..., biz insanlar da elə o ucuz fikirlərin
alıcılarıyıq. Nəticədə həyatımız da elə o fikirlər kimi boş, mənasız və sadə olur. Toxunduğumuz hər şeyi məhv edirik.
Eynən fikirlərimiz kimi...
Tez-tez kədərli və mənasız fikirlər mənə qonaq gəlir. Mən isə həmişəki kimi onlarda məna tapmağa çalışıram. Nəinki yalnız
onlarda, özümlə baş verənlərdə, ətrafımda, həyatımda axtarıram bu mənanı...