“Atasız qız”

28 Temmuz 2015
8 194
0
“Atasız qız”
“Atasız qız”
Salam ata..necəsən...
Yenə gəldim yanına..
Bağışla, gələ bilmirəm tez-tez..
Darıxırsan yəqin ki..
Bəlkə də, küsmüsən məndən..
Bəlkə də düşünürsən,
Qızım da vəfasız oldu..
Özgələrinə tay oldu..
Gör nələr fikirləşdim,
Bircə anın içində..

Nələr keçdi fikrimdən,
Yaraşmadı heç mənə..
Utanıram özümdən..
Axı mələk dediyi,
Oxşadığı, öpdüyü,
Ömrünü həsr etdiyi,
Balaca qızı haqda,
Belə necə düşünər..
Yaraşmadı heç mənə..
Utanıram özümdən..
Yadımdadır ilk dəfə,

Anamdan soruşdum..bəs atam hanı..?
Deyirdi uzaqdadır,
Bir gün mütləq gələcək..
Və bir gün səhər anam,
Məni sənin yanına, aparacağını dedi..
Sevinirdim yol boyu..
Qovuşurdum arzuma,
Az qalmışdı atama..
Və çatdıq..
Ucsuz-bucaqsız,
Qaya parçaları tək,
Düzülmüş daş sahəsi..
Hamı burda ağlarkən,
Mən yenə də sevincək.
.
Ata görmək xəyalı..
Aylardır axtardığım,
Atam hanı sualı..
Çox az qalıb..çox
Tapacam bu cavabı..
Anam bir daş parçasının,
Qarşısında dayandı..
Böyük daş parçasını,

Qucaqlayıb ağladı..
Sonra öpüb üzümdən,
Dedi..budur sənin atan..
Bu soyuğa, istiyə,
İllərdir dözüb yatan..
Ruhunu torpağa satan..
Budur qəhrəman atan...
O gündən bu günədək,
Məzarının üstünə,
Gəlirəm bacardıqca..
Gələcəm, söz verirəm,
Nə qədər yaşadıqca..
Ata bilirsən yəqin,
Balaca olduğumçün,

Anam qoymur bayıra..
Onsuz, təkcə çıxmağa..
Bu gün də qaçıb gəldim..
Darıxmışdım səninçün..
Anamı qınama..sənin yoxluğunda,
Çalışır həm ata, həm ana olsun mənə..
Bacardıqca rəng qatır,

Sənsiz keçən ömrümə..
Axı “ata” deyil o..
Ata arxa, dayaqdır
Ana başqa dünyadır..
Bir bilsəydin, mən hər gün,
Gecə düşüb, yatarkən,
Nə qədər ağlayıram...
Bizi tərk etdiyində,
4 yaşım olardı mənim..

Həyatı anlamırdım,
Qəm görmürdü gözlərim..
Körpə idim, qammırdım...
Anamın gücü çatmır,
Bütün işi görməyə..
Pulsuzluqdan məcburdur,
Gecələr işləməyə..
Onun da ehtiyacı var,

Məhəbbətə, sevgiyə...
Canım atam mənim,
Getməliyəm..daha gecdir..
Anam yəqin hər yerdə,
Məni axtarır, gəzir..
İmkanım olsaydı səni,

Heç vaxt, heç bir zaman,
Tənha qoyub getməzdim..
Oyaq qalardım gecəni,
Heç yuxuya getməzdim..
Hələlik canım atam..
Görüşmək ümidiylə..

Ən böyük varlıq, atam..
Hələlik canım atam...

Müəllif: Nicat Babaşov“Atasız qız”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.