"Sevgi sadəcə ehtiyac ödəmək deyil. Sevgi öz yarını tapmaqdır. Sevgi, səni tamamlayan insanı tapmaqdır"

04 Ağustos 2015
2 591
0
"Sevgi sadəcə ehtiyac ödəmək deyil. Sevgi öz yarını tapmaqdır. Sevgi, səni tamamlayan insanı tapmaqdır"
"Sevgi sadəcə ehtiyac ödəmək deyil. Sevgi öz yarını tapmaqdır. Sevgi, səni tamamlayan insanı tapmaqdır"



"Sevgi sadəcə ehtiyac ödəmək deyil. Sevgi öz yarını tapmaqdır. Sevgi, səni tamamlayan insanı tapmaqdır"
Bu dəfə də qızlarımızdan danışmaq istəyirəm.. Əvvəlcə onu bildirmək istəyirəm ki, qadın çox böyük qüvvədir. Heçbir kişi qadın qədər ali ola bilməz. Əlbəttəki, o qadın özünü
aşağılamırsa, kişilərə qul olmursa
.



Məktəb illərindən başlamaq istəyirəm... Hər bir insan artıq məktəb illərindən, sevməyə-sevilməyə ehtiyac duyur. Və bir çox hallarda, bu ehtiyac pis nəticələrlə sonlanır. Qızlar səmimi və saf olduğundan, bizim "qaqalar" onları yoldan çıxarır, daha sonra sevmədiyini deyib atırlar... Bundan sonra qızlar bir növ psixolji travma alırlar.. Və həyatlarında daim səhvlər qoymaqla gedirlər.. Bu travmanı keçə bilən qızlar isə çox azdır. Adətən bu istəkləri, qızları heç istəmədiyi bir tiplə, məcbur münasibət qurmağa məcbur edir. Və ayıldıqda görürlər ki, savadsız, avara, özünü
dolandıra bilməyən bir insanı seviblər.. Qəlbə də dur demək olmur axı..

"Sevgi sadəcə ehtiyac ödəmək deyil. Sevgi öz yarını tapmaqdır. Sevgi, səni tamamlayan insanı tapmaqdır"
Demirəm, məktəbdə sevməsinlər. Sevə bilərlər. Sadəcə həmin insanın, savadına, düşüncələrinə bələd olmalıdırlar. Amma, daha yaxşı yolu, sadəcə dost qalmaqdır. Hamı ilə səmimi olmaqdır. Bir müddətdən sonra daha yaxşısı qarşına çıxanadək.. Yəni, məktəb təhsil almaq üçündür. Əgər qızlar, təhsilə yönlənsələr, və gedib 600 balla, universitetə girsələr, əlbəttəki orada ancaq 600 bal yığan insanlarla bir yerdə olacaqlar ki, onların arasında savadsız, səhv fikirli birinin çıxma ehtimalı çox azdır.

İnsan
hara gedirsə, qabağına yalnız özü kimilər çıxır. Sevgi sadəcə ehtiyac ödəmək deyil. Sevgi öz yarını tapmaqdır. Sevgi, səni tamamlayan insanı tapmaqdır. Nə isə, yəni onu demək istəyirəm ki, qızlarımız hər şeyə tez can atırlar. Bunu bir qədər gecləşdirsələr, özlərinə daha da xeyrli olar.
İndi isə, qızlarımızın geyim və hərəkətlərindən danışmaq istəyirəm. Əvvəla, hansı qız, hansı geyimi istəsə geyinə bilər. Buna heçkim, heçbir müdaxilə edə bilməz. Ancaq geyim nə üçündür? Əvvəlcə bunu bilmək lazımdır. Geyim, bədənin bəzi hissələrini örtmək, soyuqdan və mikroblardan qorumaq üçündür. Deməli, insan özünə rahat olan paltarı geyinməlidir. Amma, indiki qızların çox hissəsi, paltarı özlərini nümayiş etdirmək üçün geyinirlər. Bununla da düz birşey etdiyini düşünür, amma, yanılırlar. Dediyim "qaqa" tipli oğlanlar, qıraq-bucaqda onlar haqqında, heç eləmədiyi şeyləri belə danışırlar.. Davranışlara gəldikdə isə, qız
dikbaş olmalıdır. Kim deyirsə, başı aşağı olmalıdır, çox böyük səhv edir. Qız hər bir hərəkətini böyük dikbaşlıqla etməlidir. Onu heçkimin əzməsinə imkan verməməlidir. Sözünü mərdliklə üzə deməyi bacarmalıdır.
Qızlarımız adətən kölə olmağa özlərini öyrəşdiriblər. Hətta acınacaqlı haldır ki, qızlardan soruşanda "necə bir kişi istəyirsən?", cavabında "qısqanc,mənə sahib çıxan, məni qoruyan birini". Nə demişdik? Sevgi səni tamamlayan biridir. Deməli bu qızların çatışmamazlıqı ondadır ki, özləri
özlərinə sahib çıxa bilmirlər... Ümumiyyətlə, xatırlatmaq istəyirəm ki, sahib çıxmaq sevmək deyil. Qısqanclıq isə, inamsızlıqdan irəli gələn bir şeydir. Bir insana tamlıqı ilə
inanan onu, heçbir zaman qısqanmaz. Və elə bir ideologiya formalaşıb ki cəmiyyətimizdə, kişi ağadır, qadın isə onun qulu. Kişi hər şeyi etməlidir. Qadına isə çox şey olmaz.
Bu tamamiylə səhv fikirdir! Konustitusiya qadın və kişi haqqlarının bərabər olduğunu deyir. Və, ən çox da, qadınlar oğlan uşaqlarına möhkəm, sərt, necə deyərlər, "kişi kimi" olmağı öyrədir, qız uşaqlarına isə, başını aşağı sal, dərsə get gəl, evdən çölə çıxma, qız uşağı ev işləri görər, onu eləmə, bunu eləmə
deyirlər.
Bu da çox səhv bir fikirdir. Və bir çox belə hallarda, cəmiyyətə adaptasiya olmağı bacarmayan insanlar, homoseksuallıqa üz tutur. Bir insanı özü kimi böyütmək lazımdır, ona öz ideologiyanı köçürərək deyil. Mən, ən çox qızların tərəfini saxlayan bir insanam. Çünki, qızlar hələ oğlanlar kimi, ağıllarını itirməyiblər..
"Sevgi sadəcə ehtiyac ödəmək deyil. Sevgi öz yarını tapmaqdır. Sevgi, səni tamamlayan insanı tapmaqdır"
Ama bəzilər var ki, bu oğlanlar onları da yollarından çıxarıblar. Bu qızlar
narkotik qəbul edir, dərslərinə getmir, oxumur və necə deyərlər, avaralıq etməyə başlayırlar..
Düzdür, cəmiyyətimizdə qadına aşağı varlıq kimi baxılır, amma bu düzgün deyil. Bir qadının etdiyini bir kişi heç bir zaman edə bilməz. Heçbir kişi, 9 ay bətnində uşaq
gəzdirməyə səbr edə bilməz. Heçbir kişi, gecə uşağın keşiyində durmağı bacarmaz, onun nazı ilə oynamaz. Qadınlarımızı o qədər savadsızlandırıb ki insanlar, qadınlarımız öz hüquqlarını belə yadlarından çıxarıblar.

Qızlara oxumaz deyirlər, işləməz deyirlər. Və bununla da qadınların hüquqlarını tapdalayırlar.
Bizim sizlərə ehtiyacımız var... Uğurlu gələcək üçün, savadlı analar lazımdır. Məişət işləri görməyi bacaran analar yox! Qədrinizi bilin xanımlar...
Hörmətlə...
mənbə:Fb Bizim Mentalitet

R.t..Zemichka



"Sevgi sadəcə ehtiyac ödəmək deyil. Sevgi öz yarını tapmaqdır. Sevgi, səni tamamlayan insanı tapmaqdır"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.