Həyatın 11 ili

09 Ağustos 2015
5 511
0
Həyatın 11 ili
Həyatın 11 ili

Həyatın 11 ili 11 il ərzində ilk tədbir “ Əelifba “ adlanır , hələ heç bir şey
bilmirsən.Uşağsan axı , valideynlər arasında müəyyən
məbləğdə pul toplanır , sənə prokata hərbi forma
götürülür , 1 həftəyə yaxşı şer və mahnı əzbərlədirlər və
sonra əlifba bayramın olur.İnsanın sevincinin həddi
hüdudu olmur çünki , artıq hiss edirsən ki, 1ci sinif
deyilsən böyüyürsən.Xatirə şəkilləri çəkilir , sonra kaset
verirlər sənə ( bizim vaxtımızda disk yox idi ) bir müddət
sonra o kaset evdə it-bat olur.

2ci sinif tədbirin zad yox sadəcə Novuz
bayramında , Yeni ildə məktəb şənlik keçirir giriş
pulu kimi şeylər verirsən yada 1-2 manat
topluyursan ki, sintezator gətirəcəklər.Orada
əyləncəli olur , boğazından zər asırlar , maska
zad , Keçəl və Kosa ilə şəkil çəkdirmək , Şaxta
Babanan kollektiv şəkil çəkdirmək və s.
Həyatın 11 ili
3-4cü sinif dədə eyni şeylər olur dəyişən bir şey
olmur.Sadəcə 4cü sinifin axırı “ vinetka “
çəkdirirsən.Kraxmallı köynəyi geyinirsən və
oturusan parta axasında müəllimlə şəkil çəkdirisən
tək çəkdirisən və fotoqraf gedir vinetka üçün
əvvəlcədəndə yaxşı pul götürürlər adamdan.
Ha , birdə bu illər ərzində kiminsə ad günü məktəb
vaxtına düşürsə o bahalı şokolad yada tort alıb
gətirirdi sinifə.
5ci sinif gəlib çatdı artığ heç bir şey köhnəsi kimi
olmur.İbtidai sinifdə məktəbdə bəy kimi yeriyirdin
haa , heç kimə qoz qoymurdun haa , bax onlar
geridə qalır asta-asta razborkalar başlayır.Aha
təzə müəllimlərdə gəldi.Ala cəbr nədi ? Bu müəllimə
kimdi ?
Demək olarki eyni tədbirlər təkrarlanır amma sən
dahada mərkəzdə olursan artığ sən tədbirdə çıxış
etməlisən.
Hələ sən aşiq olursan , 5də oxuyursan amma
sevirsən xəbərin olmur ki, boş şeydir.Nəysəə artığ
bayramlarda sinif rəhbəri ilə kollektiv şəkil
çəkdirisən.Yeni dərslər müəllimlər bezirsən amma
bilmirsən ki, marağlı günlər öndədir.Dostlarınla
qardaş kimi bağlanırsan.
6cı sinif …. bəlkə də sinifə yeni uşaqlar gəlib
amma sən və ya siz onu təkləyirsiz o heçnə
demir , onu sınayırsız o yaxşı çıxır və dostunuz
olur.Bir gün söhbətin düşür , dava olur dərsdən
sonra görüşək deyirsən amma səni kalidorda
tutub döyürlər zəng olan kimi dostların tökülüşür
onlar döyür birliyi,qardaşlığı başa
düşürsən.Direktorun kabinetinə çağırılırsan bəlkə
də ilk dəfə olur ora sənə qorxunc qəribə gəlir
amma içəri daxil olursan , divarda rəsmlər , şkafda
suvenirlər hədiyyələr hamısında da bir yazı var “
11x məzunları 2004 “ və s. Sən fikirləşirsən nə
vaxtsa bizdə də belə olacaq.Direktor söz deyər
vecinə almasan ya valideyn çağırar yada deyir
gələn dəfə çağıracam.Otağdan çıxıb sinifə
qaçırsan uşaqlar səni gözdyür və olanları
danışırsan hamı o otağı görmək istəyir.
7ci sinif artığ dərslər getdikcə çətinləşir amma sən
eyni sənsən uşaqlarla artığ dərsdən sonra
küçələrdə veyillənirsən.Kolidorlada söhbət
edirsiz.Dərsdə şuluqluq edirsiz hətta , çünki
böyüyürsüz.Deyirsiz “ bləə dərslər niyə qutarmıree
Həyatın 11 ili
8ci sinif artığ kimya , fizika dərsləri gəlir və buda
yeni müəllimlər deməydi.Yola getmirsiz sonra
öyrəşirsiz sizə 9cu sinifdə imtahandan danışırlar
oxuyun bala oxuyun deyirlər siz biraz qorxursuz
bir müddət oxuyursuz yenə də avaralanırsız.
9cu sinif .. ən gözəl il….
Kolidorlarda kruq yaradırsız,dərsə girmirsiz ,
müəllimlərə dava , dərsdən artığ tez-tez qaçmağa
başdıyırsız.Bəlkə də sigaret və s.İmtahan vecinizdə
olmur müəllimlər nə qədər tənbeh etsələrdə.Yanvar
ayı gəlib çatır sınaq imtahanı 1 həftə qalıb , qaça-
qaça kitablara girişirsən nəsə düstur , qayda
əzəbrləyirsən gedirsən.Ohhh 3 alduns evinirsən ki,
imtaha girə biləcəm imtahana az-maz
hazırlaşırsan amma hamı elə bilir ki, yaxşı
oxuyursan.Getdin ordanda çətinliklə keçdin
rahatsan amma 9cu sinifdə xəbəriny xodur ki,
qardaşların , dostların gedir , çoxu qalır , sinif
bölünür…Bu illərdə o Əlifba kasetini
tapırsan….Şəkilləri tapırsan.Həyatın 11 ili

10cu sinif sentyabr gəlirsən məktəbə görürsən hərə
başqa yerdədi.Çox dostun artığ yoxdu…Yeni sinif
yeni dost yeni müəllimlər…1 aydı ən çətin
doğmalaşırsan amma məktəbdə qalan 9 illik
dostlarınla bir nəfəs alırsan hər gün.Onların
davası olsa sən orda olursan.Sənin bir işin olur
onlar orda olur…Birlik qalırsız…
Hə birdə universitet məsələsi hər bir kəsin xəyalı
var axı…Hazırlaşırsan artığ dərslərin üzərinə
hazırlığlarda gəlir…Dostların sən bütün günü
hazırlığlarda , test işləmək , qayda
oxumaq.sınağlar və s.
10cu sinif çox tez gəlib
keçir…Əylənə bilmirsən , gəzmirsən ,danışmırsan
ancaq dərs…Haa birdə ki, heç vaxt çalış
hazırlıqdan qız sevmə : )
11ci sinif..Aha o son 1 il….Artığ
böyümüsən ,ciddiləşirsən ,qızlara qarşı
hörmətcil..üzündə saqqal bığ, sızanaqlarda öz
yerində : )

Dərslərin üzərinə hökmən düşürsən axı imtahanın
olacaq.Müəllimlərə mehriban olursan ki, yola
versinlər amma eyni anda məktəbdə ağalıq
etməydə istəyrisən…Davalar heç
bitmir..Hazırlığlardan baş açammırsan..Sevdiyin
məşğuliyyətlər geridə qalır.Kompyuterindən uzağ
olursan,sensor telefonunu götürüb sənə prostoy
telefon verirlərki dərslərinlə məşğul ol.Hazırlığ
daha maraqlı olur…Çünki dostlar çoxalıb…
Hazırlıqda bir qızdan da xoşun gəlir amma
dərslərini axsadırsan fikrin qızda olur..Dostlar
deyir dərslərə fikir ver amma sən əksinə…
Artığ böyümüsən axı…qəlyana gedirsən ,gecə pivə
zad içirsən dostlarla , fərginə varmadan artığ
sigaretə başalyırsan çünki ətrafın belə tələb edir….
Atığ may ayı çatır son zəngə sayılı günlər
məktəbdə də son günlər artığ başa düşürsən ki,
hər şey bitir və yeni həyat amma yrılmağ
istəmirsən…
Dostların,xatirələrin,müəllimlər,kolidor
və partalar,qırdığn lövhələr,sındırdığın çərçivələr
məktəbin hər tərəfi doğmalaşıb sənə..Gözlərin
dolur , kədərlənirsən.
Həyatın 11 ili Son zəng günü bütün dostlar burda , məktəbdən
çıxan dostlarında gəlir əylənirsiz amma içdən içə
ağlayırsız…31 may günüdə bitir evə gəlirsiz artığ
imtahanlara lap az qalır və sənin qorxun
böyüyür…..
Və sonra imtahanlar…Yeni qapı sənin
üzünə həyat yalancı bir smaylik göstərir
” :)


R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.