"Kaşki"

24 Ağustos 2015
1 862
3
"Kaşki"
"Kaşki"
"Kaşki"
Kaşki əllərimdən buraxmayaydın
Mənsiz boş qalıbdı məncə əllərin
Havalar soyuyub üşüməzmi bəs?
Donmazmı soyuqdan incə əllərin?

Kaşki sən gözümün yaşı olaydın
Gözümü heç zaman nəm saxlamazdım
Səni itirmiyim deyə sevgilim
Bir ömür boyunca heç ağlamazdım
Kaşki sən sonsuz bir kitab olaydın
Gecədən gündüzə mən oxuyaydım
Qəlbimdən qəlbinə bir ilmə vurub
Sevən qəlbimizə eşq toxuyaydım
Kaşki zaman yenə geri dönəydi
Etdiyim səhvləri təkrar etməzdim
Sən mənə nə olar getmə deyəndə
Aldanıb qürura çıxıb getməzdim
Kaşki mən öləydim qatilimsə sən
Biləydim ölümüm sənin əlindən
Onsuzda ölürəm hər gün hər gecə
Həsrətin, kədərin, qəmin əlindən
Kaşki heç qarşıma çıxmazdın mənim

Onsuzda heç zaman mənim olmadın
Səninəm sözünü çox söyləsəndə
Nə yarım nə də ki tənim olmadın
Kaşki olmayaydı bu " Kaşki" sözü
Lüğətdən bu sözü poza biləydim
Şeirlər yazdığım qələmim ilə
Səni öz bəxtimə yaza biləydim
"Kaşki"

( Müəllif: Rəvan Nişançı Məmmədli)"Kaşki"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 25 Ağustos 2015 17:35
    qəşəng şerdi bəyəndim.əllərinə sağlıq.
  2. Səma
    • Səma
    • 25 Ağustos 2015 01:29
    Ela şeirdi oncun paylaşdım
  3. Drea..
    • Drea..
    • 24 Ağustos 2015 20:22
    Ən Çox 3 və 4 cü MisraNı BəyəndiM Şeird keşeydi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.