Eşidirəm səsini
Eşidirəm səsini,
səbrimə gəlir təpər..
Eşitdikcə səsini,
duyuram nəfəsini...
Danış ki,dinləyim mən,
sükutdan bezdim daha.
Danış ki,ümidlərim
işıq olsun sabaha...
Danış ki,sözlərini
dinlədikcə yaşayım...
Mən həyat aşiqiyəm,
eşqimlə baş-başayam!...
Səni dinlədikcə mən,
kədərim-dərdim itər...
Olar könül bağçamda,
qızılgüllər təzə-tər...
Səsin bələdçim mənim,
işıq olsun ümidlər...
bil ki,ümidlərimlə
hələ yol gedəcəyəm,
ömrün sonuna qədər!...