Axmaq şagird

07 Eylül 2015
2 385
7
Axmaq şagird
Axmaq şagird

Yeni müəllim sinfə gələrək bir şagirdin digərləri tərəfindən lağa qoyulduğunu və axmaq adlandırıldığını görür. Tənəffüs zamanı müəllim şagirdlərdən onu niyə axmaq adlandırdıqlarını soruşur.

-Müəllim, o həqiqətən də axmaqdır. Əgər ona dəyəri az, lakin böyük olan 5 gümüş şekel və dəyəri böyük, lakin ölçüsü kiçik olan 10 şekel versəniz o 5 şekel seçəcək. Çünki elə bilir ki, ölçüsü böyük olan gümüş pul daha bahadır. Budur, baxın…

Oğlan cibindən iki qəpik çıxarır və axmaq adlandırdığı oğlandan birini seçməsini istəyir. Oğlan həmişəki kimi 5 gümüş şekeli seçir. Müəllim təəccüblə soruşur:

– Nəyə görə sən, 10 şekeli deyil, 5 şekeli seçdin?

– Müəllim, baxın, axı bu həqiqətən də böyükdür!

Dərsdən sonra müəllim həmin şagirdə yaxınlaşdı.

-Sən həqiqətən anlamırsan ki, 5 şekel sadəcə ölçüsünə görə 10 şekeldən böyükdür və onunla daha çox şey almaq olar?

-Əlbəttə başa düşürəm.

-Bəs onda nəyə görə 5-i seçirsən?

-Çünki, əgər mən 10-u seçsəm, onlar birdə heç vaxt mənə pul verməyəcəklər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    maraqli hekaye idi oxudum
  2. Lami95
    diger sagirdlerden daha agilli idi :) tewekkurler
  3. Marshall Mathers
    Buna benzer menim bir xeberim var idi Ber-Ber xeberi ))
  4. allah bendesi
    ellerinize sagliq tewekkurler
  5. _Sirin_
    Xi normaldi xebere gore tsskk angry
  6. crazy_reniw
    buna benzer bir xeber var idi saq ol
  7. SEHRI
    • SEHRI
    • 7 Eylül 2015 11:01
    maraqlı idi.əllərinizə sağlıq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.