Dünya könlünə girmədikcə...

09 Eylül 2015
1 849
7
Dünya könlünə girmədikcə...
Dünya könlünə girmədikcə...


Zəmanəsinin ən məşhur elm adamlarından olan bir alim həm də ticarətlə məşğul olurmuş və özü də çox varlı imiş. Bir gün bu alim məsciddə söhbət edərkən bir nəfər qaranəfəs içəri girir və həyəcandan boğula-boğula ona belə deyir:

- Ey alim, dünən dəryada tufan olub və sənin Hindistandan gələn ticarət gəmin batıb.

Bu xəbəri eşidən alim başını aşağı salıb bir müddət eləcə qalır və "əlhəmdülillah" deyərək söhbətinə davam edir. Xəbər gətirən adam da təəccüblə baxır, baxır və dönüb məscidin qapısından çıxır. Heç bir saat keçməmiş həmin adam yenə qaranəfəs məscidə girir və bu dəfə də belə qışqırır:

- Muştuluq, ey alim, gözün aydın olsun! Dünən dənizdə batan gəmi səninki deyilmiş, sənin gəmin sabah limana yaxınlaşacaq.

Alim yenə bir söz söyləmədən başını aşağı salır, bir müddət eləcə qalır və "əlhəmdülillah" deyərək söhbətinə davam edir. Dinləyənlər təəccüblənirlər:

- Ey alim, bu sirri açıqla, biz də bilək. Bu adam bir saat əvvəl gəlib sənin gəminin batdığını xəbər verdi, "əlhəmdülillah" dedin. İndi də gəlib batan gəminin səninki olmadığını deyir, yenə də "əlhəmdülillah" deyirsən. Bunun hikməti nədir?

Alim maraqla baxan bu insanlara belə cavab verir:

- O adam birinci dəfə içəri girib "gəmin batdı" deyəndə bütün diqqətimi dünyadan ayırıb qəlbimə yönəldim və gördüm ki, bu xəbərdən dolayı qəlbimdə zərrə qədər də üzüntü, kədər yoxdur. Ona görə də "əlhəmdülillah" dedim. İndi də gəlib "sənin gəmin batmayıb" dedi, yenə qəlbimə boylandım. Bu dəfə də onun gətirdiyi xəbərdən qəlbimdə zərrə qədər də olsun sevinc hissinin yaranmadığını gördüm və "əlhəmdülillah" söylədim. Allahıma çox-çox şükürlər olsun ki, mənim qəlbimi dünya malına əsir eləməyib. Dünya malını itirəndə kədərlənmədiyim kimi, tapanda da sevinmədim.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    ALLAH razi olsun coxsaqolun
  2. Lami95
    Allah razi olsun twekkurler
  3. Tina
    • Tina
    • 9 Eylül 2015 21:52
    axıracan oxudum çox maraqlı idi xoşuma geldi tessekurler
  4. Yagmur_Damlasi
    ALLAH razi olsun coxsaqolun
  5. Eylül
    Allah razi olsun çox beyendim maraqli xeberdi
  6. allah bendesi
    cox sag olun xeber ucun ellerinize sagliq
  7. Laura
    • Laura
    • 9 Eylül 2015 17:43
    Allah razı olsun göəl xəbərdiii
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.