İnsan tipləri.(1.Sanqvinik )

13 Eylül 2015
4 446
8
İnsan tipləri.(1.Sanqvinik )
İnsan tipləri.(1.Sanqvinik )

Ümumiyyətlə, psixoloqların fikrincə, istənilən insanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri cəmləşir. Ona görə də psixoloqlar insanın hansı tipə mənsubluğunu müəyyənləşdirərkən, bir qayda olaraq, o insanda hansı tipin xüsusiyyətlərinin daha qabarıq və çox olduğunu nəzərə alırlar. Ən maraqlısı isə budur ki, insanın aid olduğu əsas tipi nəzərə almasaq, yerdə qalan tiplərin xüsusiyyətlərinin dərəcəsini müəyyənləşdirmək qeyri-mümkündr. Hər bir insanda bu fərdidir.

Psixoloqların fikrincə, dörd temperament tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Düzdür, son illər bəzi psixoloqlar bu bölgü ilə razılaşmırlar. Nəticədə psixologiya elmində tiplərin bölgüsü ən aktual və mübahisəli mövzuya çevrilməkdədir. Daha dəqiq desək, tiplər barədə təsəvvürlər getdikcə daha da mürəkkəbləşir. Bu fikri dəstəkləyən psixoloqlar yaşlı və gənc insanlara diqqət yetirməyi məsləhət görürlər. Yaşlı və gənc nəslin dünyagörüşü arasında fərq olmasını labüd sayan psixoloqlar hesab edirlər ki, heç bir zaman fərq bu qədər ciddi və köklü olmayıb. Bir sözlə, bu fərqin tiplərə sirayət edə biləcək səviyyədə olduğunu vurğulayırlar. Psixoloqlar bu zaman ilk növbədə tiplərin bölgüsünə diqqət yetirirlər. Məsələn, bəzi psixoloqlar dörd deyil, altı, yeddi, hətta səkkiz temperament tipinin mövcud olduğunu bildirirlər. Bəziləri isə dörd bölgü ilə razılaşaraq, sadəcə, bu bölgünün özünün şaxələndiyini vurğulayırlar. Hesab edirlər ki, bu bölgülərin hər birinin ayrı-ayrılıqda bir neçə növü var. Psixologiya elmində tez-tez səslənən bu fikirlərin tərəfdarlarının sayı isə durmadan artır. Biz isə hələlik psixologiya elmində tam təsdiqini tapmamış bu fikirləri bir kənara qoyub, dörd tiplə yaxından tanış olaq.

Sanqvinik
Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər. Və onların maraq obyektləri tez-tez dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər. Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir. Sanqviniklərin bu xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər mübağiləyə yol verərək, söyləyirlər ki, "sanqvinik yadplanetlilərin arasına düşsə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. Qısa zaman ərzində onlarla dil tapacaq. Və həyatdan həzz almağı bacaracaq". Bir sözlə, bu qəbildən olan insanlar istənilən şəraitə tez alışırlar. Son dərəcə emosinal olsalar da, yaddaşları zəifdir. Onlar üçün sanki hər şey bir anlıqdır: tez sevinib, tez də kədərlənirlər. Ancaq heç nə onları təbdən çıxarmır. Çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə, onlar üçün yalnız bu gün, bu saat, bu an var. Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdır.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    o biri tiplerden yazilmayib
  2. Eylül
    Sitat: royus
    maraqli xeberdir tesekkurler

    Sitat: sevgi^_^
    Maraqlidi hec melumatim yox idi yeni twk

    Sitat: Sadə_İnsan
    sanqvinik tipəm) qəşəngdii bəyəndimmm....Təşəkkürlər xəbər üçün)

    Sitat: crazy_reniw
    maraqli idi ve melumat verici idi coox saq ol ))

    Sitat: allah bendesi
    melumat ucun tewekkurler

    Sitat: Lami95
    tewekkurler melumat ucun

    Tesekkürler)
  3. Lami95
    tewekkurler melumat ucun
  4. allah bendesi
    melumat ucun tewekkurler
  5. crazy_reniw
    maraqli idi ve melumat verici idi coox saq ol ))
  6. Laura
    • Laura
    • 13 Eylül 2015 14:05
    sanqvinik tipəm) qəşəngdii bəyəndimmm....Təşəkkürlər xəbər üçün)
  7. sevgi^_^
    Maraqlidi hec melumatim yox idi yeni twk
  8. royus
    • royus
    • 13 Eylül 2015 09:25
    maraqli xeberdir tesekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.