Gülümsəyin

20 Eylül 2015
1 202
6
Gülümsəyin
Gülümsəyin

Gülümsəyin

Ətrafıma baxıram,hər kəs hər şeyi özünə necə sərf edirsə elə qiymətləndirir.Amma bu özünü aldatmaqdan başqa bir şey deyil.Realist olun biraz.Olduğu kimi baxın hər şeyə.
Məsələn,sən birinin xarakterini bəyənmirsənsə bu onun pis insan olduğu anlamına gəlməz,münasibət qurma olsun bitsin.
Sən sevməyi bacarmırsansa və ya sevib ayrılmısansa bu sevginin olmadığı anlamına gəlməz.Sevgi yoxdu demeyə haqqın yoxdu yəni.Bütün dünyada insanları bir birinə bağlayan hiss sevgi və mərhəmətdi.Allah verib bu hissi,sən yoxdu deye bilməzsən.Düzdü hər insana qismət olmaya bilər əsl sevgi ama bu o demək deyilki sevgi yoxdu.

Sən heç kimi qınaya bilməzsən məsələn.Heç bir suretde...Bugün o bir səhv eledi, nə məlum sənin bir gun ondan daha böyük bir səhv eləmiyəcəyin??
Biri yalan danışıb deye bütün insanlara inamını itirə bilməzsən.Həyatdı bu yalanı da var doğrusu da.Səhvi də var düzü də.Xəyanəti də var sevgisi də.Ayrılığı da var qovuşmağı da.
Paxıllıq eləmiyin heç kimə.Kimsədə nəyisə bəyənirsinizsə pis gözlə baxmayın.Allah mənə də qismət eləsin deyin keçin.İnsanları xoş qarşılayın.Xoş davranın.Xüsusən az tanıdığınız insanlara qarşı xoş davranın.Güzəştə getməyi bacarın.Qururunuza və ya inadınıza görə sevdiyiniz insanların sizdən uzaqlaşmasına icazə verməyin.
Pessimistliyi özünüzdən uzaq edin.Elə mənfi mənfi şeyləri düşünəcək vaxtınıza öz həyatınız üçün nələrsə edin,özünüzə gözəl şeylər arzulayın ən azı :))Sizi əsəb edən insanlardan uzaq olun ))) Sevgi dolu olun.Sizi sevməsələr belə özünüzü sevin))) Həyatı olduğu kimi qəbul edin.Hər şeyə hazır olun.İnanın ki həyat gözəldi.Bütün problemləri ilə bərabər.Təbii ki bunu hər şeyə görə həyatdan küsən insanlara aid edirəm.İnanın ki sizin problem elədiyiniz şeylərdən daha böyük problemlər var həyatda.Allah onlardan qorusun.

Pozitiv olun.Bəzi şeylər sizin düşündüyünüz kimi olmaya da bilər çünki.Gülümsəyin hər zaman :)
Gülümsəyin
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Maraqlı yazdı hamının oxumaqın meslehet bilerdim mendede bele bir fikir var insanlara evvelki qeder inana bilmirem bilirem sef edirem amma böyük bir yalana inamışam vaxdiyle ona görede helem helem adama inana bilmirem ...belke zamanla bu xasiyetim tergiderem 51
  2. Eylül
    Sitat: allah bendesi
    xeber ucun cox sag olun)))

    Sitat: crazy_reniw
    duzdu ne olursa olsun pozitiv olmaq lazimdi cann ellerine saqliq

    Sitat: SaFFron
    Yazılanlar sanki demək istədiklərimdi.İnsanları olduqları kimi qəbul etmək lazımdı,kiməsə pis deməkdən öncədə gərək özünə baxsın.Bəlkə elə özü o pis demək istədiyi insandan da betərdi..Paxıllığı heç sevmirəm,başqasında görəndə də həmin insançün təəssüflənirəm,çünki insanın içində paxıllıq ola-ola yaşaması çətindi mənim fikrimcə.Pozitiv olmuşam hər zaman,pessimistlik heç mənə görə deyil ) Maraqlı yazıdı,bölüşdüyünüzçün təşəkkür.

    Sitat: SEHRI
    Oxudum hamısını çox gözəl yazıdır.əllərinə sağlıq mənalı xəbərdi

    Beyenmenize cox sevindim coox saq olun ve hemise guleruz qalin))
  3. SEHRI
    • SEHRI
    • 20 Eylül 2015 22:14
    Oxudum hamısını çox gözəl yazıdır.əllərinə sağlıq mənalı xəbərdi
  4. SaFFron
    Yazılanlar sanki demək istədiklərimdi.İnsanları olduqları kimi qəbul etmək lazımdı,kiməsə pis deməkdən öncədə gərək özünə baxsın.Bəlkə elə özü o pis demək istədiyi insandan da betərdi..Paxıllığı heç sevmirəm,başqasında görəndə də həmin insançün təəssüflənirəm,çünki insanın içində paxıllıq ola-ola yaşaması çətindi mənim fikrimcə.Pozitiv olmuşam hər zaman,pessimistlik heç mənə görə deyil ) Maraqlı yazıdı,bölüşdüyünüzçün təşəkkür.
  5. crazy_reniw
    duzdu ne olursa olsun pozitiv olmaq lazimdi cann ellerine saqliq
  6. allah bendesi
    xeber ucun cox sag olun)))
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.