Riya və İxlas

21 Ekim 2015
1 523
4
Riya və İxlas
Riya və İxlas

Riya və İxlas

Mərhum Əllamə Məclisi din və məzhəbə çox böyük xidmətlər göstərmiş şəxsiyyətdir. Alimin vəfatından sonra yaxınlarından biri onu yuxuda görüb soruşur ki, köməyinizə hansı əməl çatdı? Əllamə Məclisi belə cavab verir: "Əməllərimin heç biri gözlədiyim nəticəni vermədi. Sorğu zamani məlum oldu ki, bütün əməllərim nöqsanlıdır, amma bir iş karıma gəldi. Bir gün əlimdə alma küçədən keçərkən qucağında körpə uşaq bir qadınla üz-üzə gəldim. Qadın mənim bərabərimə çatanda uşaq əlini almaya uzatdi, ana dərhal uşağının əlindən tutub çəkdi. Mən uşağı sevindirmək üçün almanı ona verdim ... Bir ömür gördüyüm işlər arasında yalnız bu iş xalis çıxdı. Bu işə görə aldıgım savab bütün savabları üstələdi. Yazdıgım kitabların nöqsanı bu oldu ki, kitablarin üstündə adım yazılmışdı. Bu adi görənlər ünvanıma tərif yağdırmışdılar, amma doğrudan da almanı uşağa verəndə yalnız ALLAHa xatir onun qəlbini sevindirmək istəmişdim".
Bəli, ALLAH qarşısında ən qiymətli şey ixlas,saf niyyətdir. ALLAH öz bəndələrini riyakar, saxtakar görmək istəmir. ALLAH yalnız saf niyyətli əməlləri qəbul edir və yari Ona, yari başqasına görə olan əməldə öz payını qaytarır. ALLAH əməlin böyük-kiçikliyinə yox, hansı niyyətlə yerinə yetirildiyinə baxir. Əməlin ruhu niyyətdir. İnsan heç zaman öz ibadətləri və digər saleh işləri ilə öyünməməlidir, çünki bu əməllərdə gizli riya olarsa, nəticədə əlimiz boş qala bilər!

Riya və İxlas
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    Allah razi oLsun. Dəyərli xəbərə görə.
  2. -Aydan-
    -Bu haqda oxumuşdum...
    Bəli Allah qarşısındə ən gözəl şey ixlasdır..
  3. Jessica
    Ay ne gözle xeberdi Allah biz quların riyakar və saxtakar görmek istemez tebiki ellimizden geldiyince şeytana uymamalıyıq Sevab işler görmek çoxda çetin deyil amma tesüfler olsunki bir çoxlarımız qarşılıqsız yaxşııqı az edir kimse yaxşılıqı edende der hal qarşılıqın gözleyir Allah xatire men bu gün savab iş gördüm deyen çox azdı am
    Maraqlı xeberdi Allah razı olsun
  4. ilawka
    maraqli xeberdi xeber ucun twk
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.