Sirrli Ölüm

04 Kasım 2015
1 007
3
Sirrli Ölüm
Sirrli Ölüm
Sirrli Ölüm
1951-ci ildə Floridada bir partlayış baş verdi. Bu partlayış nəticəsində Mary Reeser adlı 67 yaşlı qadın bir yığın külə dönmüşdü, ondan geriyə qalan isə sadəcə sol ayağı idi. Ani və qüvvətli yanma səbəbilə kəlləsi bir beyzbol topu qədər kiçilən, 70 kq ağırlıqdakı qadın 400 qram ağırlığa düşmüş, hardasa buxarlaşmışdı. Yanğın mütəxəssisləri qadının bu hala gəlməsi üçün ən az 1600 dərəcə istiliyin lazım olduğunu bildirdilər.
Hadisənin qeyri-adi tərəfi isə qadını külə döndürən bu istiliyin sadəcə Merinin bədəninə təsir etməsi və evdəki başqa heçnəyə zərər vurmaması idi. Belə ki, sadəcə xanım Reeserin oturduğu küncdəki divarlar hislə örtülmüş, yaxınlıqdakı ayna çatlamış və şamlar ərimişdi. FBİ müfətişşləri və həkimlər işin içindən çıxa bilmədikdə, uzanan istintaqı bağlamaq məqsədilə yaşlı qadının mürgüləyərkən çəkdiyi siqaretdən yandığını yekun hesabatlara qeyd edərək hadisənin qəza olaraq göstərilməsinə nail oldular.
Məsələ ilə bağlı elmi teorilərdən birində bağırsaqlarda toplanan metan qazının katalizatorluğu ilə birlikdə ani bir yanma və partlayışa səbəb olduğu düşünülür. Ancaq bu hadisədə meydana çıxan istinin və zərərin böyüklüyü bu teorinin çox da doğru olmadığını göstərir və nəticə olaraq bu hadisə hələ də sirr olaraq qalır.Fb Kitab

Sirrli Ölüm
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    sual yaradir adamin beynindı niyə ölüb bu görəsən?. Təşəkkürlər paylaşiminiz cün.
  2. -Aydan-
    -Məncədə ona görə ölməyib..
    -Maraqlıdı doğurdan niyə ölüb ..
    -Təşəkkürlər.
  3. SEHRI
    • SEHRI
    • 4 Kasım 2015 12:43
    Oy qorxunc bir xeber oldu gece gece,oxuyarken tesevvur etdim kas oxumasaydim.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.