"Bir Elanda deyilirdi:"

04 Kasım 2015
1 331
3
"Bir Elanda deyilirdi:"

"Bir Elanda deyilirdi:"
“Dəniz kənarında hovuzu və bağı olan 3 mərtəbəli villa satılır. Qiyməti 1 dollar”.
Bunu oxuyan səfil “Cəfəngiyyat” deyə dodağının altında deyindi və qəzeti yerə atdı. Yemək axtarmaq üçün küçələrdə gəzən həmin şəxs divara vurulmuş elanı görür:

“Dəniz kənarında hovuzu və bağı olan 3 mərtəbəli villa satılır. Qiyməti 1 dollar”
Yenə “Boş şeydir” deyərək elanın önündən keçir və yoluna davam edir. Dar küçələrdən şəhərə çıxan səfil şəxs bu dəfə böyük bir bannerdə “Dəniz kənarında hovuzu və bağı olan 3 mərtəbəli villa satılır. Qiyməti 1 dollar” elanını görür.
Lakin bu dəfə o düşünməyə başlayır. Belə bir “ağılsız” elanın kim tərəfindən yazıldığı onun üçün maraqlı gəlməyə başlayır və yoxlamaq qərarına gəlir. Onun itirəcək heç nəyi yox idi, cibindəki son 1 dollardan başqa. Elanda yazılan ünvana gəldikdə o, həmin villa ilə qarşılaşır. Səfil şəxs utancaq halda zəngi basır. Qapını gözəl bir qadın açır.
— Bağışlayın, mən elana görə gəlmişəm. Bu zarafat deyil?!
— Əlbəttə ki, xeyr! Elan doğrudur.
— Bəs qiymət? 1 dollar? Elədir?
— Bəli. 1 dollar. Əgər sizə maraqlıdırsa evə baxa bilərsiniz.

Gördüklərindən heyrətə gələn səfil şəxs cibindəki son 1 dolları verərək bu 3 mərtəbəli villanı əldə edir. Lakin o yenə də qiymətin nəyə görə 1 dollar olduğu ilə maraqlanmaq istəyir. Səfilin bununla bağlı verdiyi suala qadın gülümsəyərək cavab verir:
- Həyat yoldaşım dünyasını dəyişdikdə öz vəsiyyətnaməsində qeyd edir ki, mən bizim villamızı satım və əldə etdiyim məbləği onun sevgilisinin hesabına yatırım. Mən onun son arzusunu yerinə yetirməyə bilməzdim… Elan yarım il idi ki, verilmişdi və siz elanla bağlı müraciət edən yeganə insansınız. Uğurlar!Fb Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    Maraqli hekayədi) Paylaşimincun təşəkkürlər.
  2. -Aydan-
    aa aa - Qadın ki qadında)))
    -Götürüb 1 dollara satıb ki evi nədi-nədi sevgilisinin hesabına çox pul köçməsin ee ağıllı qadındı))
  3. AleDa
    • AleDa
    • 5 Kasım 2015 07:01
    ((( Cox menalı hekayedı.. Tewekkurler ..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.