Ölümə səbəb olan saxta içkini necə tanımalı?

10 Kasım 2015
1 213
3
Ölümə səbəb olan saxta içkini necə tanımalı?
Ölümə səbəb olan saxta içkini necə tanımalı?


Son günlər saxta spirtli içkilərdən ölmə halları artıb. Daha ucuz olduğu üçün çoxları bəzən bilərəkdən, bəzən də kortəbii şəkildə belə içkilərə üz tutur. Unutmayın, xəsisliyin sonu ölümlə nəticələnə bilir.

Türkiyəli həkim Yüksəl Kaş saxta içki təhlükəsindən danışıb.

Həkimin sözlərinə görə, saxta içkilərin ölümə yol açmasının əsas səbəbi metil spirtidir:

"Saxta içki hazırlayarkən ucuz başa gəlməsi üçün etil spirtinin əvəzinə metil spirtindən istifadə olunur. Metil spirtindən zəhərlənmiş xəstənin həyatını xilas etmək mümkün olmur".
Həkimin sözlərinə görə, içkinin qoxusundan saxta olduğunu anlamaq olar. Ancaq çox vaxt qoxu yanılda bilir:

Ölümə səbəb olan saxta içkini necə tanımalı?

"İçkidəki fərqi hiss etmək üçün güclü qoxu qabiliyyəti, diqqət və peşəkarlıq tələb olunur. Ancaq spirtli içki istifadəçilərinin heç də hamısı bu xüsusiyyətlərə sahib deyil. Ona görə də zəhərlənmə hadisələri tez-tez baş verir. Az miqdarda belə metil spirti orqanizm üçün zərərlidir. 1-2 xörək qaşığı ilə zəhərlənmə baş verir, 60 ml isə ölümə gətirib çıxarır".

Ölümə səbəb olan saxta içkini necə tanımalı?

Doktor Yüksəl Kaş zəhərlənmənin ilk əlamətlərinin 6-12 saat ərzində özünü büruzə verdiyini deyir:

"Əgər xəstə saxta alkoqolla yanaşı, tərkibi etil spirtindən ibarət olan başqa içki də qəbul edibsə, zəhərlənmə daha gec baş verir. Xəstənin əzələləri boşalır, halsızlıq, qusma, qarnın üst bölgəsində ağrılar, ishal, başgicəllənməsi, başağrısı, nəfəs ala bilməmək, bulanıq görmək, işığa qarşı həssaslıq kimi hallar müşahidə edilir. Xəstə bir müddət sonra ümumiyyətlə görmə qabiliyyətini itirir. Daha sonra isə komaya düşür. Xəstənin həyatını xilas etmək mümkün olsa belə, insan kor qalır".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    icki icmediyim ucun mene marakli deyil :) Allah icenleri qorusun icib ozlerine ziyan getirirler anca
  2. _afoRoz_
    Duzu adi sireden basqa hecne icmirem) yenede meslehete gore cox sag olun
  3. -Aydan-
    ........--Buyurun--...........
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.