Boykot sözünün maraqlı tarixçəsi
1870-ci illərdən etibarən İrlandiyanın çöl hissələrində ərazilərində işləyən maraba kəndliləriylə İngilis torpaq ağaları – lordlar arasındakı başlayan gərginlik bu gün ‘İrlandiya Torpaq Döyüşləri’ adıyla tanınmaqdadır.
1880-ci il biçinin aşağı olması ucbatından İngilis torpaq ağası Lord Erne torpağında çalışan icarəçi marabalara, icarədən 10 faiz endirim etməyi təklif edir. Kirayənişinlər, yəni marabalar isə bu endirimi aşağı hesab edərək, 25 faiz endirim olmasını tələb edirlər. Bunun üçün etirazlara başlasalar da, lord Erne bunu qəbul etmir. Torpaq ağası Lord Erne’nin icarəçilərlə əlaqələrini quran və kirayə pulunu yığmaqla vəzifəli adam isə Charles Boycott adında köhnə bir İngilis kapitanı idi.
Kapitan Boycott etirazlara son vermədiklərinə görə 11 kəndlini işdən çıxarır. Yoxsul kəndlilərin kirayəyə götürdükləri ərazilərdəki haqqlarını müdafiə etmək üçün qurulan Irish Land League adlı təşkilatın liderlərindən siyasətçi Charles Stewart Parnell maraba kəndlilərə, torpaq ağalarının kirayə toplayıcılarına hücum yerinə, şiddət ehtiva etməyən daha təsirli bir üsul təklif edir: İcarə müqaviləsinə son verilən icarəçi kəndliyə görə, heç bir kəndli həmin torpağı kirayə götürməyəcək.
Bu mübarizə üsulu ilk dəfə Kapitan Boycott’a qarşı tətbiq olundu. Kapitan Boycott bir anda təcrid oldu. İşçiləri tarlalarda və tövlələrdə işi tərk etdi. Evindəki işçilər belə işləmədi. Yerli biznesmen onunla ticarət əlaqələri qurmağı rədd etdi. Hətta, məhəllə poçtalyonu da onun məktublarını daşımağı rədd etdi. Tarlada qalan məhsulu yığmaq üçün başqa şəhərlərdən 50 könüllü tapdı. Onları yerli xalqdan qorumaq üçün isə 1000 əsgər kirayəyə götürüldü. Bu qoruma xərci biçinnən toplanan məhsulun gəlirindən çox idi. Bir neçə həftə sonra kapitan Boycott’un düşdüyü vəziyyət mediada əks olundu. New York Tribune müxbiri James Redpath Boycott’un yaşadıqlarını beynəlxalq mediaya daşıyan ilk jurnalist oldu. Qısa müddətdə kapitanın soyadı hərəkatın adına çevrildi. The Times qəzeti 1880-ci ilin noyabr ayında, mütəşəkkil təcrid etmə hərəkatına ‘boycott’ adı verdi.