Ət yeməsəydik necə olardı?

21 Kasım 2015
1 044
0
Ət yeməsəydik necə olardı?
Ət yeməsəydik necə olardı?

Dünyada insanları təqribi də olsa, iki yerə ayırmaq mümkündür. Birincilər ətyeyənlər, ikincilər isə vegeterianlar.
Onlardan kim haqlıdır? Həqiqət haradasa ortadadır...
Alimlər və bir çox görkəmli şəxsiyyətlər ətsiz dünya ilə bağlı müxtəlif mülahizələr irəli sürüblər.
Gəlin, baxaq, əgər insanlar ət yeməsəydi, dünya necə olardı?


Ət yeməsəydik necə olardı?

1. Ekologiya yaxşılaşacaq.

Alimlərin fikrincə, bu gün heyvandarlıq planetin ekologiyasını dağıdan əsas faktorlardan biridir. Bununla bərabər, istixana buxarları digər nəqliyyat vasitələrinin cəmindən daha çoxdur. Bir neçə il əvvəl 2009-cu ildə Böyük Britaniyanın səhiyyə naziri Endrü Bernem təxmin edib ki, mal-qaranın sayı 30% azaldılarsa, 2030-cu ildə kənd təsərrüfatı sahəsi atmosferə 50% az karbon qazı buraxacaq. Qeyd olunur ki, ürək xəstəliklərindən ölənlərin sayı ildə 18 min azalacaq.

2. Su hər kəsə çatacaq.

Stokholm beynəlxalq su institutunun hesabatına görə, hazırda olduğu kimi qidalanmağa davam etsə, 2050-ci ildə 9 milyard insana su yetməyəcək. Yalnız heyvani qidaların 5% azaldılacağı halda su kifayət edə bilər. Həmin hesabata əsasən, kənd təsərrüfatında planetin su resurslarının 70%-i istifadə olunur.

3. Qida hamıya kifayət edəcək.

Mütəxəssislət ət sənayesini dünyada aclığın mühüm səbəblərindən biri kimi qiymətləndirirlər. Statistikaya əsasən, bu gün milyarda yaxın insan aclıqdan əziyyət çəkir. Bundan əlavə, ABŞ-ın soyanın 90%-i və qarğıdalının 80%-ni mal-qaraya yedirtdiyi bildirilib. Bu isə 800 milyon ac qarnın doydurulması üçün bəs edərdi.

4. Ət və gəlir.

Dünyada təqribən 17 milyard ferma heyvanları var. Bu isə insanların sayından ikiqat çoxdur. Heyvanların saxlanılmasına xeyli miqdarda yem sərf edilir.
Alimlər hesablayıb ki, ət məhsulları üçün böyüdülən heyvanların hamısı istehsal etdiklərin çox zülal istehlak edirlər.

5. Ət əvəzləyiciləri.

Alim və genetiklər hüceyrələrdən sünu ət hazırlamağı öyrənsələr də, onun alınması hər adamın cibi üçün deyil. Bu ətin balaca tikəsi 300 ABŞ dollarıdır.
Alimlər ət sevənlər üçün bəd xəbər hazərlayıblar. Belə ki, yaxın 100 ilə insanlar istədikləri qədər ət yeyə bilməyəcək və bu, ekzotikaya çevriləcək.

Ət yeməsəydik necə olardı?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.