Əllahümmə Ləbbeyk!

24 Kasım 2015
1 889
1
Əllahümmə Ləbbeyk!
Əllahümmə Ləbbeyk!

Əllahümmə Ləbbeyk!

Üz tutub gəlmişəm dərgahına mən
Dilimdə Ləbbeyk, əlimdə Ələm!
Razıyam, Xudaya qapında öləm-
Ləbbeykə la şərikə ləkə Ləbbeyk!

Əllahümmə Ləbbeyk!

Ərəfat çölünü gəzdim piyada...
Neyləyim!? Ömrümü vermişəm bada...
Xudaya! Bir sənsən yetən imdada –
Ləbbeykə la şərikə ləkə Ləbbeyk!

Əllahümmə Ləbbeyk!

Çox şükür ölmədim, gördüm bu günü,
Açıldı qəlbimin dağı düyünü...
Müqəddəs torpağa sürtüm üzümü
Ləbbeykə la şərikə ləkə Ləbbeyk!

Əllahümmə Ləbbeyk!

Kim bilir dünyanın necədir yaşı -
Kim tapıb ilk dəfə o "Qara” daşı.
Həzrət Əli, olub ilk vətəndaşı –
Müqəddəs Kəbənin, Allah evinin!

Əllahümmə Ləbbeyk!

Bu sirri Xudadır anlamaq çətin.
Cəbrayıl! Zehnini Nur – etmiş mətin.
Şükür – səna eylə gəldi rəhmətin-
Ləbbeykə, Əllahümmə Ləbbeyk!
Ləbbeykə la şərikə ləkə Ləbbeyk!


Əllahümmə Ləbbeyk!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Nə gözəl şeirdir..
    -Çox dəyərli xəbərdir.. Gözəl redaktədə olunub ana səhifə şəkilidə əladı..
    -Təşəkkürlər.Allah razı olsun..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.