Sənə səndən yazacam.
Sözlərimlə nər cəkib
Könlümə güllər əkib
Məhəbbətlə yüksəlib
Bir azda naz atacam
Sənə səndən yazacam
Xəyalından qacmaram
Yollarımdan azmaram
Başqasına baxmaram
Təkcə sənə baxacam
Sənə səndən yazacam
Nəğmən olum duyğusal
Deyim getmə dəyan qal
Şirindir şirin xəyal
Hər saniyə dalacam
Sənə səndən yazacam.
Baxma biganə mənə
Salmaginən möhnətə
Fürsət düşsə xəlvətə
Bir namədə atacam
Sənə səndən yazacam
Qadan alım gül sonam
Qoyma saralam solam
Bu dünyada bir dünyam
Yaşayacam qalacam
Sənə səndən yazacam
Almısan məndən məni
İstəyirəm cox səni
Sönməzə hə kəlməni
Desən coşub daşacam
Sənə səndən yazacam
MÜƏLLİF:SEYMUR SÖNMƏZ