İbrətamiz Hekayə...

24 Eylül 2014
1 714
0
İbrətamiz Hekayə...
İbrətamiz Hekayə...

Cərrahin telefonu zəng çaldı.
- Bəli, eşidirəm.
- Cənab Həkim, ağır xəstə var, tez özünüzü çatdırın.
- Gəlirəm deyib Həkim tələsik yola düşdü.
Həkimi xəstəxanada xəstənin atası qınaqla qarşıladı :
- Mənim oğlum ölüm ayağındadır, nə üçün gecikirsiniz ? Öz oğlunuz olsaydı belə edərdinizmi ?
Cərrah gülümsədi :
- Mənə xəbər çatan kimi tələsik gəlmişəm. Bir də unutmayın ki, həyat və ölüm Allahın əlindədir.
Cərrah əməliyyat otağına daxil oldu. Əməliyyat 2 saat çəkdi. Cərrah otaqdan çıxıb dəhlizdəki atanın yanından sakitcə ötüb keçdi. Ardınca köməkçi həkim çıxdı. Ataya "Oğlunuz yaşayacaq." dedi.
Ata bir an sevindi, sonra yenə qəzəblənib dedi:
- Cərrah çox pis adamdır. Nə olardı ki, çıxanda mənə xoş xəbər versəydi.
Köməkçi həkim cavab verdi :
- Cərrah çox gözəl insandır. Onun oğlu avtomobil qəzasında dünyasını dəyişib. Biz onu dəfn mərasimindən cağırdıq. Oğlunun dəfn mərasimi başa çatmamış sizin oğlunuzu xilas etmək üçün xəstəxanaya gəlmişdi...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.