İşləməyə həvəs yoxdur: çarə motivasiyada

03 Aralık 2015
1 068
3
İşləməyə həvəs yoxdur: çarə motivasiyada
İşləməyə həvəs yoxdur: çarə motivasiyada
Hər birimizin həyatında elə bir məqam olur ki, heç bir iş görmək istəmirik. Bəs bunun çarəsi nədir?

Xüsusən də, bayırda hava soyuq və nəm olan zaman insan evdən çıxmaq istəmir. Lakin nə qədər istəsək də, iş bizi gözləyir. Tənbəlliyin bir həlli var. Motivasiya axtarmaq lazımdır. İDOL.AZ sizlərə TOP 3 motivasiyanı təqdim edir.

1. Xeyr tapmaq

İnsan beyni elə proqramlaşdırılıb ki, o hər bir şeydə öz xeyrini güdür. Əgər hər hansı bir işin sonunda mənəvi xeyr belə yoxdursa, işlə bağlı həvəs tamamilə yox olur. Bu səbəbdən bir işə başlamazdan əvvəl, bu işin yekunda sizə nə xeyri olacağı barədə düşünün. Bir şey mütləqə tapılacaq, əsas hər bir şeydə maddi maraq olmasın. Hər bir işdə pozitiv axtarın.

2. İşin çətinliyini “şişirtməyin”
Asan işləri sabaha saxlamadan həll edin. İş yaranan kimi – həll etməyə başlayın. Əks halda vaxt sıxıştıranda hər bir iş sizə böyük gələcək. Əgər iş həqiqətən çətindirsə, onu xırda hissələrə bölərək yerinə yetirmək daha məsləhətlidir.

3. Həmişə “yaxşı” düşünün
Bəzi insanlar bir işə başlar başlamaz pis nəticəyə köklənirlər. Onlar heç bir şeyin alınmayacağına inanırlar. Belə əhvalla bir şey alınmasa təəccüblənmək lazım deyil.

Həmişə “yaxşı” son haqqında düşünün. Həyatda pozitiv olsanız daha çox uğur əldə edəcəksiniz. Keçmişdəki çətinlikləri düşünün və onları uğurla dəf etdiyinizi yadınıza salın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Duyqulu Melek
    maraqli iydi saolun.....
  2. AgoRa.
    oxudum maralqi xeber idi təşəkur
  3. sevgi^_^
    yaxwi xeberdi oxumag komey lacag inwAlah twkler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.