Həyatı qaydaya salan 12 faydalı vərdiş

15 Aralık 2015
1 358
1
Həyatı qaydaya salan 12 faydalı vərdiş
Həyatı qaydaya salan 12 faydalı vərdiş

Həyatı qaydaya salan 12 faydalı vərdiş

Vərdiş – təhlükəli şeydir. Onlar bizim həyatımızı yaxşılığa doğru dəyişməklə yanaşı, həm də korlamağa qadirdirlər. Müasir dövrdə isə faydalı vərdişlər qazanmaq və zərərli vərdişlərdən uzaqlaşmaq üçün yeni yollar axtarılmağa başlanılıb. Müxtəlif tətbiqlər, proqramlar vasitəsiylə, vərdiş qazanmağa çalışır, onu idarə etməyi öyrənirik. Quora istifadəçiləri də onların həyatını dəyişdirən vərdişləri barədə yazıblar. Gəlin həmin faydalı vərdişlərin nədən ibarət olduğuna baxaq.

1. Siyahı tutmaq – Shefaly Yogendra düşünür ki, siyahılar sizə beyninizi yenidən işə salmağa kömək edir, onu yazaraq saxlaya biləcəyiniz şeyləri yaddaşda saxlamağa məcbur etmir. Bu həqiqətən də vacib olan şeylər haqqında düşünmək üçün imkan yaradır. Bu barədə daha əvvəl yazdığımız xüsusi yazıdan yararlana bilərsiniz: Tutmalı olduğunuz 7 siyahı

2. Excel’də şəxsi maliyyə hesabatı aparmaq – Gəlirlərinizi və xərclərinizi yazdığınız sadə cədvəl sizə bu barədə narahat olmamağa və düzgün maliyyə idarəetməsi aparmağa kömək edə bilər. Bunun kimi digər siyahılar da sizə daha sistematik düşünmək imkanı bəxş edəcək.

3. Gündə ən azı 10 dəqiqə kitab oxumaq – Bu vərdiş sayəsində siz sevdiyiniz kitabları oxuya, daha sonra tədricən bu zaman kəsiyini artıraraq, istədiyiniz qədər oxumaq vərdişi üçün zəmin yaratmış olarsınız.

4. Meditasiya etmək – Gündəlik meditasiyanın nə qədər böyük faydası olduğunu yəqin ki, eşitmisiniz. Bu sizə sakitləşməkdə və hadisələri düzgün qiymətləndirməkdə kömək olan daxili enerji bəxş edəcək.

5. Hər gün yeni ideya fikirləşmək – Bu yeni rəsm çəkmək və ya çəkməyə çalışmaq, nəsə yazmaq, istedadınızı fərqli tərəflərdə axtarmaq cəhdləri ola bilər.

6. Dişlərinizi təkcə fırçayla yumayın – Diş saplarından istifadə edərək, onları daha yaxşı təmizləyə və mümkün problemlərin qarşısını ala bilərsiniz.

Həyatı qaydaya salan 12 faydalı vərdiş

7. Səhər ritualı yaratmaq – Bu ritualı yaratmaqla özünüzü stimullaşdırırsınız. Bir müddət sonra siz yuxudan daha rahat oyana biləcəksiniz. Orqanizminiz hətta zəngli saat olmadan da, özü-özündən eyni vaxtda oyanacaq.

8. Bütün məlumatların ehtiyat sürətini çıxarmaq – Bu sizi həm məlumat itkisindən, həm də mümkün problemlərdən xilas edəcək.

9. Hər yarım saatdan bir kompüter qarşısından durmaq – Bu vacibdir – həm sağlamlığınız, həm də psixoloji vəziyyətiniz üçün. Göz əzələlərinizin istirahətindən əlavə, hərəkət etməyiniz də gümrah olmağınıza səbəb olacaq.

10. Həftənin bir günü texnologiyasız yaşamaq – Məsələn, şənbə günü smartfonuzu bir kənara atın, kompüter və internetdən uzaq olun. Həmin günü real ünsiyyətə həsr edin.

11. Özünüzlə çoxlu pul və kredit kartı gəzdirməyin – Nə qədər çox pul götürürsünüzsə, bir o qədər də bədxərclik etmək ehtimalınız çoxalır. Oğurluq kimi ehtimalların olmasını da nəzərə alsaq, bu vərdişi qazanmağa daha çox çalışmalıyıq.

12. Gündəlik tutmaq və ya bloq yazmaq – Bu fikirlərinizi cəmləməyə, demək istədiklərinizi rahatlıqla ifadə etməyə kömək edəcək əla vasitədir.

Həyatı qaydaya salan 12 faydalı vərdiş


Pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    bir weyler bawa duwe biledi ama yenede cox sagol)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.