Proqramçı və Mühəndis

09 Ocak 2016
1 775
1
Proqramçı və Mühəndis
Proqramçı və Mühəndis

Proqramçı və Mühəndis

Təyyarədə proqramçı və mühəndis uçurlar. Mühəndis yatmağa hazırlaşır. Proqramçı ona təkliflə yaxınlaşır.
(P): - Gəl tapmaca oynayaq. Tapsan - mən sənə 5 dollar, tapmasan - sən mənə 5 dollar və tərsinə.
(M): - Mən yatmaq istəyirəm, əl çək...
(P): - Gəl oynayaq! Asan oyundur!
(M): - Oynamaq istəmirəm. Mən yatmaq istəyirəm...
(P): - Yaxşı. Gəl belə edək: mən tapıram - sən mənə 5 dollar, sən tapırsan - mən sənə 50 dollar. Oynayaq?
(M): - Yaxşı, gəl.
(P): - Bu günə kimi dünyada nə qədər ICQ abonenti var?
Mühəndis sakitcə 5 dolları çıxarıb proqramçıya verir.
(M): - İndi sən soruş!
Mühəndis bir-neçə dəqiqə fikirləşir və deyir:
- Yaxşı, o nədir ki, üç ayağa qalxır, dörd ayağa enir?
Proqramçı noutbuku açır, şəbəkəyə qoşur, dünyada bütün axtarış sistemlərində axtarır, çatlara girir, dostlarından soruşur, bütün dünyanın kitabxanalarını və arxivlərini gəzir, heçnə tapmır. Cibindən 50 dollar çıxardır, mühəndisə verir. Mühəndis pulu götürür, qoyur cibinə və yuxuya hazırlaşır.
(P): - Hey, o nədir ki, üç ayağa qalxır, dörd ayağa enir?
Mühəndis sakitcə cibindən 5 dollar çıxardır, proqramçıya verir və yatır.

Proqramçı və Mühəndis


Fb Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Tina
    • Tina
    • 9 Ocak 2016 16:28
    yaxsi bes o nedir ki uc ayaga qalxir 4 ayaga enir??
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.