Dünyanın müxtəlif ölkələrində ən qəribə qanunlar

22 Ocak 2016
1 630
1
Dünyanın müxtəlif ölkələrində ən qəribə qanunlar
Dünyanın müxtəlif ölkələrində ən qəribə qanunlar

Dünyanın müxtəlif ölkələrində ən qəribə qanunlar

Tarix boyu mövcud şəraitə uyğun olaraq rəsmilər və hakimiyyət nümayəndələri qəribə qanunlar qəbul edib. Bu qanunlara gülməklə kifayətlənməyib onların qəbul olunduğunu tarixi şəraiti nəzərə almaq labüddür. Bəziləri artıq tarixin kitablarında qalmalı, digərləri isə həqiqətən də qəribəliyinə görə yenidən baxılmalıdır. Gəlin bu qanunlar haqqında birlikdə oxuyaq.

Dünyanın müxtəlif ölkələrində ən qəribə qanunlar

  • Uelsdə qanuna əsasən bütün oğlanlar reqbi oynamağı öyrənməlidirlər.

  • ABŞ-ın Şimali Dakota ştatında şlyapa ilə rəqs etmək qanuna ziddir.

  • ABŞ-ın Vermont ştatında qanuna görə qadınlar həyat yoldaşlarının icazəsi olmadan protez diş qoydura bilməzlər (əri baxıb səhər-səhər qorxar birdən J).

  • İtaliyada yubka geyinən kişilər həbs olunur. (Kişi nədir yubka nədir?)

  • Böyük Britaniyada gecə yarısından sonra şəhər divarları daxilində yaydan uelslilərə ox atmaq icazəsi verilir.

  • ABŞ-ın Atlanta şəhərində qanuna görə zürafəni telefon dirəyinə bağlamaq olmaz.

  • ABŞ-ın Ohayo ştatında balıqları sərxoş etmək qadağandır.

  • İrlandiyada 3 saat 30 dəqiqədən az marafon qaçışı qadağan edilib.

  • Kanadadaqapı və pəncərəni açıq qoyub 1 həftədən çox evini tərk etmək qanuna zidd sayılır.

  • Belçikanın ərazisində, Brüsselin 20 kilometrliyində yerləşən Vaterloo şəhərində bərbərlərin saat 07.00-dan 19.00-a qədər soğan yemələri qadağandır

  • Böyük Britaniyada həftənin istənilən günü (bazar günü istisna olmaqla) şotlandla qarşılaşsanız ona yaydan ox ata bilərsiniz. Görünür, bazar günü oxatanlar istirahət edirlər.

  • Fransada əgər donuzunuz varsa ona “Napoleon” adı vermək qadağandır.

  • İslandiyada “Scottulaejir” lövhəciyi olan hər kəs tibbi xidmətlər göstərə bilər, çünki tərcümədə bu söz “türkəçarəçi” deməkdir. Onda azərbaycanlılar ora getməsin, yoxsa hamısı bu lövhəcikdən istifadə edərlər.

  • Çində qəribə qanun var: suda boğulan adamı xilas etmək qanuna ziddir, çünki xilasetmə onun həyatına müdaxilə kimi qiymətləndirilir.

  • Sinqapurda əgər bir nəfəri üç dəfə küçəyə zibil atdığı üçün tutsalar, onu bazar günləri küçələri yuduzdururlar, boynuna isə “Mən zibillədim” lövhəciyi asırlar. Belə cəzalar yerli telekanallar tərəfindən işıqlandırılır. Azərbaycanda da mütləq bunu tətbiq etmək lazımdır.


Dünyanın müxtəlif ölkələrində ən qəribə qanunlar
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ceyla
    • ceyla
    • 22 Ocak 2016 12:07
    maraqli melumatlar idi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.