Bəzən özü ilə tək qalmaq istəyir insan...

02 Şubat 2016
2 905
2
Bəzən özü ilə tək qalmaq istəyir insan...
Bəzən özü ilə tək qalmaq istəyir insan...

Bəzən özü ilə tək qalmaq istəyir insan…Bir an belə olsa dünyada tək qalmaq,ya da elə hiss etmək istəyər insan…Hər kəs çoxluqdur sanki…Ailə,dost,sevgili…Kimsənin səsini eşitməmək,ya da bir anliq hər şeyi vecə almamaq istəyər insan…Bax eləyəm…Sanki istəyirəm ki,keçmişi,gələcəyi,yaşanılanı və yaşanacaqlari fikirləşməyim…Sırf özüm olum və özümlə qalim…
Bir mən çixardim mənim içimdən…Elə bir mən ki,hər şeyi silsin ağlimdan…Dünyaya yenidən gəlmiş kimi olum.O qədər olum ki,uşaq kimi qoxum yenidən….Yenidən öyrənim oxumaği,yazmaği və oyun oynamağı.
Amma həyatla deyil,uşaq oyunlarini…Gizlənqaç oynayim…Məsələn,bağlayim gözümü və açanda dəyişsin dünya,dəyişsin həyat…Qaçdi-tutdu oynayim arxamda buraxim acilari…Göz yaşlarımı uçurtma düzəldib uçurum göylərə,yağiş olub yağib getsinlər…
Ağır gəlir zaman sonra hər şey insana,yoxsa mən ağiram bu dünyaya?.Şeirlər yazsam,ürəyimi boşaltsam hansi sətirlərdə taparam mənliyimi?…Mən yenə qayidim həyatin özünə…Suallar,cavablar qurtarmir…Zamanda çatmir üstəlik Soruşmağa…Həyatın apardiği yerə getməkdir ən yaxşisi bu saatdan sonra…Bir yol cizmişam gedirəm,amma hara bilmirəm…Səhvlərimlə,suvablarimla…Yaşanacaq günlərimi yanıma alıb,bir də ürəyimlə,sevdamı yeni bir yola girirəm…Və özümü arxamda buraxiram…Yeni bir mən oluram...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 2 Şubat 2016 20:44
    sozler menalidir sene bir meslehet tek qalmamaga calis en esasidi kecmisini silme cunki getrmek isteyirsen uzaqlasirsan ve birden butun kecmisin ayagina ilisir addim atmaga qoymur ve gorursenki unutmamisan eslinde ele dusunmusen canim menim
  2. allah bendesi
    ne yaxşi meqaledir..ellerinize sagliq beyendim
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.