Bir ipin hesabı

15 Şubat 2016
1 824
4
Bir ipin hesabı
Bir ipin hesabı

Bir ipin hesabı

Varlı birisi bir gun öyrənir ki, vəfat etdikdən sonra qəbirdə inkir-minkir (əslində real adları Münkər və Nəkirdir) insanı sorğu eləyir. Varlı qaranlıq və soyuq qəbirdə tək qalmağin qorxusunu yaşayaraq elan edir-kim mənimlə brinci gecəni qəbirdə kecirsə, varisim də o olacaq. Nə övladları nə qohumları buna razi olmur. Bu elanı eşidən bir hambal-nə də olsa bir yük daşıyan ipimdən başqa heç nəyim yoxdu-veriləcək hesabım nə olacaq ki?-düşüncəsiylə adamın qəbuluna gəlir. Buna razılaşdığını bildirir ve sənəd imzalanir. Gün gəlir, varli vəfat eliyir, qohumları hambalı tapib-vədinə əməl et deyirlər. Hambalı da varlıyla birgə dəfn edirlər. Məqam gelir-inkir-minkir ölü varlının yanında bir başqasını görüncə-bunun hesabını çəkək, ölüsü necə olsa da burdadı. Başlayırlar hambalı hesaba çəkməyə.
Kimsən, bura necə gəlib çıxmısan, bu adam sənin nəyindi, əlindəki nədir, ipi hardan almısan, harda işlətmisən və sair kimi suallar səhərə qədər bitmir ki bitmir. Səhər hambal dəlicəsinə qəbirdən çıxır və qaçır. Varlının qohumalrı onu saxlayıb razılaşdıqları pulunu vermək istəyirlər. Hambal imtina eləyir və ---
Mən səhərə qədər bir ipin hesabını verə bilmədim,o qədər var dövlətin hesabını necə verəcəm - deyir və imtina eləyir.

Bir ipin hesabı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    Vauu super hekayeee coox beyendim duwunduricudu heqiqeten lezzet eledi cox sagol bele gozel hekaye ucun
  2. Mira...
    Cox menali ve duwundurucu hekayedir cox saolun
  3. allah bendesi
    heqiqeten dogrudur menasi boyukdur ilkdir oxuyuram..ellerinize sagliq
  4. Jessica
    Bunu oxumamışdım amma eşitmişdim çox dərin mənalı və gözəl xəbərdi əllərinə salıq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.