Bilyard Oynamağın 8 Böyük Faydası

10 Mart 2016
2 233
1
Bilyard Oynamağın 8 Böyük Faydası
Bilyard Oynamağın 8 Böyük Faydası

Kopenhagen Universitetinin son araşdırmalarına görə bilyard oynamağın insan orqanizminə böyük faydaları vardır. FeaT.Az bilyard oynamağın faydalarını sizlərə təqdim edir.

1- Yaşlanmanı ləngidir.
Oyun boyu aktiv hərəkətlə passiv hərəkətin növbələşməsi baş verdiyi üçün əzələlər həm yorulmur, həm də hərəkət etməklə öz tonusunu saxlamış olur.

2- Konsentrasiya olunmaq bacarığını itiləyir.

Bir şey üzərində fokuslanmaq insanın xoşbəxt olması və məqsədinə çatması üçün əsas lazımlı amillərdəndir. Bilyard oynarkən insanlar öz hədəflərini (kiy topu və hədəf topu) düzgün seçməyə, seçilmiş hədəflərinə lazımi aspektdən baxmağa can atırlar və bu da onların fokuslanmaq bacarığını itiləmiş olur.

3- Kalori yandırmaqda yardım edir.
Sıradan bir 8-top və ya 9-top oyununu bitirənədək oynamış oyunçu bilyard masası ətrafında orta hesabla 100 dövrə vurur ki, bu da təxminən 1 km məsafə qət etmək deməkdir. Daha çox oynamaqla daha çox kalori yandırmaq da mümkündür.

4- Elastiklik və gərilməni artırır, tarazlıq qoruma qabiliyyətini gücləndirir.
Bilyard oynarkən oyunçular normalda gərilə biləcəklərindən daha çox gərilməyə məcbur olurlar. Bu onların kiy toplarına istədikləri bucaqdan vura bilmələri üçün mütləqdir. Mütəmadi gərilmək və yenidən doğrulmaq əzələ elastikliyini artırır. Bəzən bir ayaq üstündə belə durub vuruş etməyə məcbur olan oyunçuların tarazlıq və balans yaratma bacarıqları da itilənmiş olur.

5- Soyuqqanlı olmağı öyrədir.
Həmçinin araşdırma göstərib ki, mütəmadi bilyard oynayan insanlar oynamayanlarla müqayisədə faciəvi hallar qarşısında daha soyuqqanlı ola bilirlər və düşünmək lazım olan məqamlarda kontrollarını itirmədən açıq şəkildə düşünməyi daha yaxşı bacarırlar.

6- Zehni gücləndirir.
Oyun boyu durmadan həndəsi çıxarışlar etməyə çalışan, xəyali planlar quran oyunçular əylənməklə birlikdə həm də zehin gimnastikası etmiş olurlar. Bu da gələcəkdə onlara daha güclü və iti bir zehin vermiş olur.

7- Seçim etmək və qərar vermək bacarığını formalaşdırır.
Mütəmadi bilyard oynayan oyunçular daha sərrast və qərarlı şəkildə seçim edə bilirlər. Bunun səbəblərindən biri, onların oyun boyu durmadan seçim etməkləridir. Hər zaman bir neçə vuruş pozisiyası yaranır və oyunçu onlardan hansını daha yaxşı vura biləcəyini düşünür və durmadan seçim edir. Bu onlara heç seçim etməyən, monoton həyat yaşayan insanlarla müqayisədə daha qərarlı addım atmaq bacarığı vermiş olur.

8- Görmə qabiliyyətini itirməyə imkan vermir.
Durmadan daha yaxına və uzağa baxmaqla oyunçular göz əzələlərini məşq etdirirlər ki, bu da gözü daima tonusda saxlayır. Möhkəm və elastik olan əzələlər isə göz almasını lazım olanda daha güclü darta bilirlər. Beləliklə də, daha effektiv uzaqgörmə əldə edilir.

Kompyüter oyunları və filmlərdən ayrılıb bilyard kimi oyunlara meyillənməyiniz sizə həm dostlarla gözəl vaxt keçirmək, yeni insanlarla tanış olmaq fürsəti verəcək həm də orqanizminiz üçün bir çox faydalar təmin etmiş olacaq. Xoş əyləncələr.


Fb "Bilirsinizmi ki ?"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    bilyardin faydali oldugunu dogrusu bilmirdim yeni birshey oyrenmish oldum..cox gozel faydalari varmish meslehetli birsheydir..coxx sag olun paylashim ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.