Qıza evlənmək təklifi etməyin ən romantik üsulları....

16 Ağustos 2014
10 586
15
Qıza evlənmək təklifi etməyin ən romantik üsulları....
Qıza evlənmək təklifi etməyin ən romantik üsulları....


Sevgilim olarsan?


Qıza evlənmək təklifi etməyin ən romantik üsulları....

Nə edim, necə edim?

Əgər məşhur «kəbinbaz» Məşədi İbadın gününə düşmək istəmirsizsə,

o zaman evlənmək istədiyiniz xanıma doğru-düzgün elçilik etməyi öyrənməlisiz.

Əgər evlilik təklifini düzgün etməsən,

hətta səni sevən qızdan belə birinci cavab olaraq «YOX» alacaqsan.

Qıza təklif etmək olmaz, əgər

Sən: Sərxoşsansa;

Özünü yaxşı hiss etmirsənsə;

Harasa tələsirsənsə və ya qızın vaxtı azdırsa;

Telefonla təklif etmək heç məsləhət deyil.

Əlamətdar günləri seç:

Xanımın ad günü, 8 Mart, Yeni il gecəsi,

Novruz bayramı və tanışlığınızın ildönümü gününü ikiqat bayrama və

unudulmaz tarixə çevirin.

Hazır ssenarilər. Həyatında bir dəfə atacağın addımı yaxşı-yaxşı götür-qoy et.

Lazım gəlsə, əvvəlcədən ssenari qur. Əgər fantaziyan geniş deyilsə,

o zaman təklif etdiyimiz hazır variantlardan istifadə edə bilərsən.

Bir şərtlə: bu yerdə qüruru bir kənara qoymalısan.

Çünki qürur sənə mane olacaq.

Romantik...

Ağ atlı oğlan. Hər bir qız uşaqlıqdan «Ağ atlı oğlan» nağılının həsrəti ilə yaşayır.

Onun xəyalını gerçəyə çevirmək çətin deyil.

Cıdıra gedib, kirayəyə at götürürsən, yaxud da

Dənizkənarı parkdakı faytonların biri ilə danışırsan.

Qıza görüş yeri təyin edirsən və yaxud da onun

evinə bir dəstə qızılgül göndərirsən.

Buketə «Səni sevirəm. Mənimlə evlənərsənmi?»

yazılmış açıqca qoyursan. Qızın məktubu oxuyacağı anı əvvəlcədən hesabla.

Həmin vaxt qıza zəng edib, «Pəncərədən bax» deyirsən.

Təbii ki, bu zaman sən atın belində və yaxud faytonda olursan.

Qız aşağı düşən kimi onun qarşısında diz çöküb,

ən gözəl sözlərlə evlilik təklifini edirsən.

Sirli qutu. Qıza çox böyük qutuda hədiyyə göndərirsən

(adamboyu hündürlüyundə) Qutunun içində

20 dənə iç-içə müxtəlif ölçülü qutular yerləşdir.

Hər qutunun içinə simvolik hədiyyələr

və ya güllər qoya bilərsən. ən sonuncu qutu isə üzüyün qutusu olsun.

«Görüşərik» oyunu. Qıza kağız göndərib,

ona konkret bir yeri görüş üçün təyin edin.

Həmin yerdə də onun üçün bir kağız və qızılgül qoyub, başqa bir yerə

gəlməsini xahiş edin. 2-3 belə «tapmacalı» görüşlərdən

sonra, onu restoranda və ya təbiət qoynunda şampan,

şirniyyat və qızıl üzüklə qarşılayın.

«Restoranda sürpriz» . Romantik nahar təşkil edib, qızı dəvət edin.

Adi söhbətlər, yemək… Amma əvvəlcədən ofisianta tapşırığınızı verin.

Naharın sonuna yaxın o, məcməyidə üzük qutusu və kağızla

qıza yaxınlaşıb, «Sizə məktub var» desin.

Təbii ki, məktubda «əzizim, mənimlə evlənərsən?» sözləri qeyd olunmalıdır.

Sehrli...

İllüzionistin köməyi ilə sevgilinizə magik gecə yaşadın.

Sehrbazın sehri ilə nişan üzüyü onun

cibindən və ya çantasından çıxacaq.

Daha sonra gül, şirniyyat… Və nəhayət, sən dilə gəlib,

evlənmə təklifini edirsən.

Qızın evinin qarşısında yanan şamlardan

«Mənə ərə gəl» sözlərini yaz. Daha sonra zəng

edib, qızı pəncərəyə çağır. əgər razıdırsa, pəncərəni açmasını xahiş et.

Müasir elektron versiyalar-Hightech...

Yüksək texnologiyalar əsrində köhnə metodlardan yapışıb qalmaq günah olar.

1.Onun evində kompüter varsa, evlənmək təklifin

yazılmış diski ona ver və bildir ki, elə bu dəqiqə diskə bax.

O, diskə baxana kimi sən üzüyü onun qarşısında hazır et.

2.Qızın iş yerinin və ya evinin qarşısında böyük ekran qurdurub,

slayd vasitəsilə ona evlənmək istədiyini bildir.

3.Təklifini videolentə çəkdir və görüş zamanı ona nümayiş etdir.

Dünyanın ən maraqlı evlilik təklifləri...

Entoni və Kristin

«Mənim sevgilim bilirdi ki, mən Vinni Puxu çox sevirəm.

Amma nə qədər desəm də mənə heç

vaxt Vinni Pux oyuncağı almamışdı.

2006-ci ilin 18 noyabrı indiyə kimi yadımdadır.

Nyu-Yorkun ən böyük ticarət meydanında

görüş təyin edən Entoni nəhəng Vinni Pux geyimində peyda olub,

məni qucağına götürüb evlənmək təklifi etdi».

Dastin və Erika

«Mən indiki həyat yoldaşımla tanış olanda tənha ana idim.

3 aylıq əkiz uşaqlarım vardı. 2 ay tanışlığımız dövründə o,

mənə çox kömək etdi. Bir gün duşdan çıxanda körpələrin geyiminin

üstündə sözlər yazıldığını gördüm.

Birində «Sən mənə», o birində «ərə gələrsən?» yazılmışdı.

Bilmədim uşaqları qucaqlayım, yoxsa onu?

1 aydan sonra toyumuz oldu.İndi bir qızımız da var».

Statistika: Xanımların 80%-i arzulayır ki,

sevgililəri ona evlilik təklifini dizi üstə çöküb etsin.

(Bunu da hər kişi bacarmır)



P.S Bəs siz öz sevgilinizə evlilik təklifini necə edərdiz?
RƏYLƏR
_ESTRELLA_
bizim kisiler ne bilire romantika nedi kul olub baslarina
Ayaz
  • Ayaz
  • 9 Şubat 2015 00:47
biz Azerilerde romantika yoxdu tesekkurler :)
User1
  • User1
  • 10 Aralık 2014 01:30
maraqlidi tsk
AurorA
Sitat: øLúмCúL XeSŦe
Bele weylere onem vermirem esas sevdiyi insan yaninda olsun


Aynen
Omrum Ikimizin
Ferqi hamini qisqandiracaq evlünmeyi teklifi pis oımazdi
Dear..
caaan super tewekkurler
ЗайкА)
fərqLi evLiLik təkLifi istəyirəm məN) təşəkkürLƏr
Saleh
  • Saleh
  • 21 Ağustos 2014 09:03
Melumat ucun tewekkur
Sessiz Melodiya
mawin superrrr,, maragli idi sag olun
.::American Girl::.
maraqlıdır
GERİ 1 2 İRƏLİ
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri
12:00
0

Sinir sıxılması nədir? - Səbəbləri, əlamətləri

Psixologiya Yazılı Şəkilləri 2019 (11)
11:00
43

Psixologiya Yazılı Şəkilləri 2019 (11)

Unsuz brauni resepti
10:00
19

Unsuz brauni resepti

Tarixdə Bu Gün - 14 Noyabr
09:00
36

Tarixdə Bu Gün - 14 Noyabr

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (69)
21:00
734

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (69)

14.11.2019 Gündəlik Bürclər (14 Noyabr 2019)
21:00
2 902

14.11.2019 Gündəlik Bürclər (14 Noyabr 2019)

İntim münasibətləri canlandırmaq üçün 5 üsul – Ekspertdən MƏSLƏHƏTLƏR
19:00
453

İntim münasibətləri canlandırmaq üçün 5 üsul – Ekspertdən MƏSLƏHƏTLƏR

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (319)
18:00
615

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (319)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (338)
17:00
668

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (338)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ