35-45 Yaş Arasında Oxucu Daha Səbirsiz Olur

14 Mayıs 2016
1 089
1
35-45 Yaş Arasında Oxucu Daha Səbirsiz Olur
35-45 Yaş Arasında Oxucu Daha Səbirsiz Olur

Elektron kitab oxuyan yüzlərlə oxucu arasında bir neçə ay ərzində keçirilmiş sınaqların nəticələrinə görə, oxucular bir kitaba başladılarsa, onu ya əvvəlində, ya ortasında bağlayıb bir kənara atır, ya da sona qədər oxuyurlar. Kitabı oxumaq məsələsində kişi, qadın fərqi yoxdur. Amma əgər kitabın giriş hissəsi uzundursa, kişilər o kitabdan daha çox hallarda imtina edirlər.

Bir kanadalı yazıçının kitabı 400 oxucuya oxutdurulub, oxucuların tən yarısı kişilər, tən yarısı qadınlar olub. Sonda oxucular deyiblər ki, kitabı bəyənmədilər. Uzun girişli kitab olduğuna görə, kişilər bu kitabdan daha tez imtina ediblər, qadınlar isə onu sona qədər oxuyublar, sonra pisləyiblər. Bundan belə bir nəticə çıxıb ki, kişilər bir kitabı bəyənməyəndə bu barədə daha tez nəticə çıxarırlar.”Yazıçı mətləbə daha tez keçməlidir” – kişilər deyiblər.

Yaş qruplarına görə aparılan araşdırmada isə məlum olub ki, yaşı 35-45 arasında olan oxucular daha səbirsizdirlər. Bu yaş qrupunda olanlar kitabı bəyəmədikləri anda bağlayırlar və bir daha açmırlar. 35 yaşdan daha gənc və 45 yaşdan daha yaşlı olanlar isə kitaba münasibətdə daha səbirli olublar.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 16 Mayıs 2016 21:20
    Bu haqda məlumatsız idim. Məncə, kitab oxumaq yaşa baxmır. Ona qalsa elə gənclərdə də bu hallara rast gəlmək olar. . Oxumaq da insanın iradəsindən , səbrli olmağında irəli gəlir. İndi də maşallah kimi dindirirsen sebrsiz olduğunu söyləyir. Ona görə də oxumağı yaş kateqoriyası ilə ölçmək qeyri- mümkündür. Təşəkkürlər xəbərə görə )
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.