Soyuqqanlı insansınız yoxsa xoşrəftar və mülayim? - TEST

22 Kasım 2021
2 905
0
Soyuqqanlı insansınız yoxsa xoşrəftar və mülayim? - TEST
Soyuqqanlı insansınız yoxsa xoşrəftar və mülayim?
İnsanlara qarşı nə dərəcədə mehriban, mülayim və səmimisiniz? Yaxud da doğma və yaxınlarınızla ünsiyyətdə quru və darıxdırıcı, həmçinin xoş sözlər və komplimentlər söyləməyə xəsissiniz? Təqdim etdiyimiz test sizə bütün bu suallara cavab verməyə yardımçı olacaq. Suallara “bəli” və ”xeyr” cavablarını verin.

1. Olurmu ki, hərdən ən çox istədiyiniz insanların da yanınızda olması və ünsiyyəti sizi bezdirir?

2. Telefonla apardığınız söhbətlərdə də çalışırsınızmı ki, səmimi və mehriban olasınız (üzünüzün ifadəsi görünməsə belə)?

3. Öz hisslərinizi büruzə verməkdə tez-tez çətinlik çəkirsiniz (tutaq ki, siz çox qorxursunuz, ya həddindən artıq sentimental görünməkdən çəkinirsiniz,yaxud da əksinə, sərt və quru görünməkdən ehtiyatlanırsınız)?

4. Kimsə özünü həddindən ziyadə sentimental göstərdiyi təqdirdə bu, sizi o dərəcədə təsir edə bilərmi ki, sonda özünüzdən çıxarsınız?

5. Hansısa qəmgin və faciəvi hadisə haqda eşidəndə səmimi qəlbdən çox narahat olursunuz?

6. Necə bilirsiniz, sizcə, sentimentallıq, zəriflik və həssaslıq şəxsi həyatın vacib bir hissəsidir, nəinki şəxsi həyatın, elə ümumiyyətlə həyatın?

7. Hesab edirsinizmi ki, uşaqlara, həmçinin böyüklərə də nəvaziş göstərmək, yeri gəldikdə onları sığallamaq, qucaqlamaq, necəsə sevginizi və onlara bağlılığınızı təzahür etdirmək vacibdir?

8. Tez-tez söyləyirlərmi ki, siz darıxdırıcı, soyuqqanlı və biganə insansınız?

9. Hörmət etdiklərinizə və sevdiklərinizə heç olmasa az da olsa, diqqət “nümunə”ləri göstərməyə cəhd edirsinizmi?

10. Hesab edirsinmizmi ki, sevdiklərinizi yaxşı əməllərinə görə tərifləmək, pis əməllərinə görə isə tənqid etmək lazımdır?

11. Nəvazişli və zərif olmaq sizin üçün çox çətindirmi?

12. Adətən işdən evə dönəndə doğmalarınızı qucaqlayıb öpürsünüzmü?

13. Hər hansı bir film, kitab, yaxud da sentimental bir olay sizi asanlıqla narahat edə, həyəcanlandıra bilər?

14. Düşünürsünüzmü ki, emosiyaları, nəvaziş və zərifliyi yalnız istisna hallarda büruzə verməyə dəyər, adi hallarda isə onlara lüzum yoxdur?

15. Sevdiklərinizin qarşısında öz hisslərinizi qarşılıqlı olaraq etiraf etməkdən utanmırsınız ki?

16. Dost və tanışlarınızı ad günləri, hansısa uğur və müvəffəqiyyətləri ilə bağlı təbrik edirsiniz?

17. Sevdiklərinizə nəfis, sevgi və nəvaziş dolu sözlərlə bəzədilmiş məktub, yaxud ismarıclar yollamağı xoşlayırsınızmı?

18. Hesab edirsinmizmi ki, adi bir nəvazişli jestlə, yaxud səmimi və iltifatlı bir ifadə ilə istənilən problemi həll etmək olar?

19. Razısınızmı ki, müasir cəmiyyətimiz çox rasionaldır və artıq burada hiss və nəvazişlərə elə də yer yoxdur?

20. Sizə görə sevgi və nəvazişin hamının gözü qarşısında etiraf etdirilməsi, yaxud büruzə verilməsi mənasız və cəfəng görünürmü (hətta bu, gizli olsa da...)?

Balları hesablayın və nəticələri çıxarın:
2, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 16, 17 və 19-cu sualların hər bir “bəli” cavabı və
1, 3, 4, 14, 15, 18 və 20-ci sualların hər bir “xeyr” cavabı üçün özünüzə 1 bal
hesablayın.

0-4 ballar: görünür siz çox soyuqqanlı və biganə insansınız. Yaxşı olardı ki,
sevdiklərinizə və hörmət etdiklərinizə qarşı hiss və duyğularınızı daha tez-tez
nümayiş etdirəsiniz. İnanın, burada heç bir çətin və cəfəng bir şey yoxdur. Olsun
ki, ilk vaxtlarda bu, sizdə elə də uğurlu alınmasın, lakin sonradan hər şey yoluna
düşəcək və səylərinizin yüzqat əvəzi özünüzə qayıdacaq.

5-9 ballar: siz bu cəhətdən çox normal bir insansınız. “Qızıl orta” prinsipinə tam
olaraq uyğun gəlirsiniz, yəni sizdə həm sentimentallıq, həm də lazımi qədər
rasionallıq var.

10 və daha artıq ballar: siz çox mehriban, nəvazişli və xoşrəftar insansınız.
Bu, ətrafdakı insanlara, xüsusən də sizin dostlarınız və ailəniz üçün böyük bir
xoşbəxtlikdir. Lakin siz anlamalısınız ki, bütün insanlar eyni deyil, emosionlı da
var, rasionalı da. Hər kəsi ürəyiniz kimi bilməyin və hər kəsdən də göstərdiyiniz
qədər sevgi və nəvaziş tələb etməyin. Çünki həmin vaxt onlar istəsələr də bunu
verə bilməzlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.