Siz fürsətləri, fürsətlər də sizi gözləyər...

31 Mayıs 2016
2 022
0
Siz fürsətləri, fürsətlər də sizi gözləyər...
Keçmiş zamanlarda bir vadidə yaşayan rahib varmış. 40 il boyunca bölgəsində yaşayan insanlarla maraqlanmış, gəncləri evləndirmiş, cənazələri keçirmiş, xəstə, yalnız olanları təsəlli etmiş, bütün bu dövr ərzində nümunəvi bir insan örnəyi olmuşdur. Bir gün dəhşətli yağış yağmağa başlamış: 20 günlük yağışdan sonra su elə yüksəlib ki, rahib kilsənin damına çıxmağa məcbur olmuşdur.

Orada titrəyərək oturarkən, qayıqla bir adam yaxınlaşmış və demiş ki, “tez gəlin qayığa minin. Sizi quruya çıxaracağam.” Rahib adama baxır və “40 ildir Allahın məndən gözlədiyi hər şeyi yetərincə eləmişəm. Cənazələri idarə etdim, kasıb və acları doyurdum, gəncləri evləndirdim, sadəcə bir həftə tətilim oldu, onda da bilirsən nə etdim? Bir yetimxanaya gedib təmizliklə məşğul olub, ordakılara yardım edirdim. Allaha qulluq etdiyim üçün ona inancım tamdır. Bu səbəbdən sən qayığınla gedə bilərsən, mən qalacağam. Allahım məni qoruyar.” Qayıqdakı adam oradan uzaqlaşar. Iki gün də keçir və yağış suları elə yüksəlir ki, rahib zəng qülləsinin ən başından asılı durar.

Elə bu anda bir vertolyot gəlir və pilot ona səslənir: “tez olun, indi aşağıya bir kran göndərəcəyik. Kəməri belinizə taxın, sizi xilas edəcəyik.” Yaşlı rahib buna “yox, yox” - deyə cavab vermiş və yenə həyatında etdiyi yaxşılıqlar və Allaha olan inancından danışmağa başlamışdı. Beləliklə, vertolyot da getmiş, bir neçə saat sonra isə rahib sulara qərq olub, boğulmuşdur.
Rahib yaxşı insan olduğu üçün cənnətə gedir. Qismətindən şikayətlənərkən, neqativ bir ruh halı ilə oraya çatmış. Cənnətə əsəbi halda, islaq ayaqları ilə daxil olarkən birdən Allaha rast gəlir. Allah təəccüblənərək ona baxıb “Rahib Makdonald bu nə sürpriz?” - deyir. Rahib isə ona dik – dik baxır və “sürprizmiş...” – demiş: “40 il boyunca məndən istədiyin hər şey artıqlaması ilə etdim, amma sən ən çox ehtiyac duyduğum anda məni xilas etmədin.” Bu dəfə heyrətlər içində baxma növbəsi Allahda imiş: “Boğuldunmu? Buna inana bilmirəm. Sənə bir qayıq, bir də vertolyot göndərdiyimə əminəm....”

Nəticə: Fürsətlərin gəlməsini gözləməyin. Bəzi insanlar, mənə də bir fürsət çıxar deyə gözləyirlər. Həyatınızda hər gün önünüzə bir yığın fürsət çıxmaqdadır. Sadəcə olaraq bəzən elə olur ki, onlar heç bizim düşündüyümüz formada deyil, tam fərqli şəkildə çıxır qarşımıza. Təssüflər olsun ki, biz sırf gözlədiklərimiz olmur deyə şikayətlənir və ən gözəl təkliflərdən imtina etmiş oluruq.
Fürsətləri görə bilməlisiniz. Bəzi insanların fürsətləri qarşılarına çıxır, hətta çiyinlərində oturur və “mən sənin fürsətinəm. Gör məni. Məndən istifadə elə, yararlan” - deyər. Amma onlar bundan faydalana bilmirlər. Hekayədəki rahib kimi. Bütün bacarıqlı insanlar fürsətləri görmə və onları tutma qabiliyyətinə sahibdirlər. Unutmayın, şans həmişə var, əsas olan onu görməyi bacarmaqdır. Sizlərin də çevrəsində sizi inkişaf etdirəcək, böyüdəcək, istədiyiniz insan olmağınız və xəyallarınızın gerçəkləşməsi üçün yüzlərlə fürsət çiyninizə toxunur. Əgər daha çox müvəffəqiyyət qazanmaq istəyirsinizsə bu fürsətləri görməlisiniz. Onları görə bilmək üçün ayıq, tutmaq üçün bacarıqlı və cəsarətli olun. Onlardan yararlanmaq üçün qərarlı olmalı və risk ala bilməlisiniz.
motivasiya.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.