Uğur, var-dövlət və xoşbəxtlik gətirən kulonlar

29 Mayıs 2016
2 490
0
Uğur, var-dövlət və xoşbəxtlik gətirən kulonlar
Biz bəzək əşyalarını, adətən, intuitiv şəkildə seçirik. Çoxları kulonların hansı məna yükü daşıdığını bilmədən onları alıb taxır.

Feat.Az bu yazıda ən geniş yayılmış kulon növlərindən hansının müsbət enerji ötürdüyünü, hansının bizə kömək etdiyini və ya xoşbəxtlik gətirdiyini araşdırıb.

Sahibinə uğur və xoşbəxtlik gətirən, onları qəzavü-qədərdən qoruyan kulonlar:

Pişik
Pişik hələ Qədim Misirdə müqəddəs heyvan sayılırdı. Misirlilər ona məhsuldarlıq və sevinc ilahəsi kimi ibadət edirdilər. O sahibini mənfi enerjidən və pis niyyətli adamlardan, evi isə cinlərdən qoruyurdu.

Balıq
Balıq İncildə dəfələrlə xristian olaraq təsvir edilib. Belə ki, xristianlar balığı əvvəllər xaç əvəzinə taxırdılar. Məhsuldarlıq rəmzi olan balıq kulonu sahibinə xoşbəxtlik və bərəkət vəd edir.

Mayböcəyi
Bu cür kulonları biznesdə uğur üçün ümid edən insanlar taxırlar. Mayböcəyi kulonunun işgüzar əlaqələri daha da möhkəmləndirdiyinə və uğurlu ticarət sövdələşmələrinə səbəb olduğuna inanılır.

Nal
Türk xalqlarının həm dini inancında, həm də məişətində at mühüm yer tutub. Nal (mütləq yuxarı istiqamətdə olmalıdır) isə bərəkət, xoşbəxtlik, ailə səadətinin əlamətidir. At nalının bədnəzəri qaytarması barədə inanclar da mövcuddur.

Hörümçək
Hörümçək kulonu sahibinə emosiyalarını nəzarətdə saxlamağa kömək edir və düzgün qərarlar qəbul etmək bacarığı verir.

Parabüzən
Parabüzən istənilən işdə uğur və xoşbəxtlik gətirən talisman kimi sayılır.

Yonca
Dörd yarpaqlı yonca da uğur gətirir.

Arı
Arı əməksevərliyin simvoludur, eləcə də məhəbbət keşikçisi kimi anılır.

Fil
Fil yüksək mövqe, xoşbəxtliyi və zənginliyi özündə təcəssüm etdirir.

Günəş
Günəş kulonunu isə mehriban və gülərüzlü insanlar taxırlar.

İlan
İlan kulonu təkcə müdrikliyin və qadın gözəlliyinin deyil, həm də yeni həyatın rəmzidir. Üstəlik, bu kulonu seçən qadınlar insan sərrafı olurlar.

Aypara
Ay obrazı hələ İslamdan əvvəlki sivlizasiyaların bir çoxunda mühüm yer tuturdu. Məsələn, qədim misirlilər Ay tanrısını “Xonsu” adlandırırdılar. Qədim türk mədəniyyətində də aypara fiquru özünəməxsus yerə malik idi. Qədim türklər ayparaya uğurlu fiqur kimi baxırdılar. Maraqlıdır ki, aypara fiquru həm də xristianlıqda Müqəddəs Məryəmin simvolu kimi qəbul edilir.

Şir
Şir simvolu çox əski çağlarda fədakarlıq və qanuna həsr olunan şəbihlər əsasında formalaşmış, ilahi hakimiyyəti, gücü, himayədarlığı və müdafiəni bildirirdi.

Qartal
Qartal əksər xalqların, eləcə də türklərin ilkin təsəvvüründə dövlət-hakimiyyət, iqtidar, sonsuz qüvvət, xilaskarlıq anlamında anılır.

Ürək
Qədim dövrlərdə ürək sevgi və ehtiras Allahı Dionisin simvolu kimi tanınırdı. İki qu quşunun bir-birinə toxunması ürəyin formasını yaradır. Qu isə məhəbbət, vəfa, sədaqət rəmzidir. Bu quşlar bir ömür boyu birlikdə qalır, bir-birinə “xəyanət” etmirlər. Bu, dünyada heyvanlar arasında çox nadir hallarda müşahidə olunan hadisədir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.