Karyera qurmq - Məşhurların dilindən

03 Haziran 2016
1 686
0
Karyera qurmq - Məşhurların dilindən
«Karyera qurmağın bir sıra üsulları vardır, amma onlardan ən doğrusu –lazımı ailədə doğulmaqdır».
Donald Tramp (1946) ABŞ biznesmeni
***
«Karyera qurmağın ən yaxşı üsulu –karyerasının qeydinə qalan insan üçün işləməkdir»
Marion Kelloq (1920-2004) Amerika ictimai xadimi
***
«Yuxarı qalxarkən rastlaşdığın insanlarla diqqətli davran, çünki sən onlarla hələ aşağı enərkən qarşılaşacaqsan».
Uilson Mizner (1876-1933) Amerika yazıçısı
***
«Sizə atılan daşları toplamaq lazımdır. Çünki bu sizin gələcək heykəlinizin bünövrəsini qoyacaq».
Hektor Berlioz (1803-1869) Fransa bəstəkarı
***
«Karyera –yaxşı insanlar bir-birinə kömək edərkən qurulur».
«Zərlər» (Bones) serialı
***
«Qadınlar üçün karyera qanunu:
1) kişi kimi fikirləş;
2) özünü xanım kimi apar;
3) at kimi işlə».
Artur Blox (1948) Amerika yazıçısı (Mörfi qanunları)
***
“Necə” sualının cavabını bilən insan həmişə iş tapacaq, “niyə” sualının cavabını bilən insan isə onun rəhbəri olacaq.
Dayana Reyviç (1938) Amerika pedaqoqu
Paylaşdı : Ülvi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.