Cinayətkarın psixologiyası: Ətrafınızda kimlərin cani ola biləcəyini öyrənin

12 Kasım 2021
3 721
0
Cinayətkarın psixologiyası: Ətrafınızda kimlərin cani ola biləcəyini öyrənin
Cinayətlərin güngəbün artdığı dünyada hər kəsi bir sual maraqlandırır:


Kimlər cinayətkar ola bilər? Hər gün qarşılaşdığımız, ünsiyyətdə olduğumuz insanlar arasında potensial cinayətkarları fərqləndirmək mümkündürmü?

Məlumdir ki, cinayətkarla qanuna hörmət eədn vətəndaşarasında bir çox fərqlər var. Bu, ailə tərbiyəsi, təhsil səviyyəsindən tutmuş davranışa qədər bir çox şeydə özünü göstərir. Amma o da sirr deyil ki, cinayət törətmiş adamın və ya buna meylli şəxsin psixoloji durumu da digərlərindən çox fərqlənir. Məhz bu psixoloji vəziyyətə görə şəxsin cinayətə nə qədər meylli olduğunu təyin etmək bəzən mümkün olur. Doğrudur, ailədə və ya cəmiyyətdə qarşılaşdığı münasibət, zorakılıq, ədalətsizlik insanları qəzəbləndirir, lakin bu, o demək deyil ki, bu vəziyyitlə qarılaşan bütün insanlar cinayətə meyyli olur. Xarakterdən və psixoloji durumdan asılı olaraq eyni vəziyyəti yaşayan insanların bu vəziyyətə reaksiyaları müxtəlif ola bilər.

Başqa sözlə, biri cinayət törədər, digəri isə uğur qazanar.

Rusiyalı həkim-psixiatr Aleksandr Şeptunov vaxtaşırı olaraq polislə əməkdaşlıq edir. Cebhe.info xəbər verir ki, həkim-psixoloq indiyə qədər qarşılaşdığı hadisələrdən çıxış edərək müasir qatilin psixoloji xarakteristikasını verib. Mütəxəssisin sözlərinə görə, cinayətkar psixologiyası onun məşğul olduğu ixtisasdır. Ancaq bəzən məhz bu işlə məşğul olduğuna görə çox narahat olur və peşmanlıq hissi keçirir. “Mən əsasən uşaqbazları, manyakları nəzərdə tuturam”,- deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, qanunsuz əmələ əl atan bütün insanlarda xarakterin bəzi cəhətləri eyni olur və bənzər davranışlar sərgilənir. Bura aqressivlik, ictimaiyyətdən qopma və cəmiyyəti ittiham etmə, insanlara və hökumətə qarşı nifrət, düşmənçilik, gələcək hadisələri proqnozlaşdırmamaq kimi xüsusiyyətlər özünü göstərir. Cinayətkarlar özlərini çox zaman başqalarından ayırır və onlara qarşı dayanırlar. Ancaq törədilən cinayətin xarakterindən asılı olaraq münasibətlər də dəyişir. Məsələn, qatillər oğrulara nisbətən daha impulsiv olur, soyğunçular isə dövlət əmlakını mənimsəyənlərlə müqayisədə daha aqressiv davranır.

Cinayətkarlar və onaların qrupları

Aleksandr Şeptunov cinayətkarları bir neçə qrupa ayırır.

1. Eqoust (oğrular, rüşvətxorlar, korrupsionerlər, fırıldaqçılar, maşın oğruları)
2. Zorakılar (qatillər, sadistlər, qəddar xuliqanlar)
3. Eqoist-zorakılar (soyğunçular, quldurlar)
4. Asosiallar (boşmjlar, alkoqoliklər, kiçik cinayətkarlar)
5. Patoloji (manyaklar, pedofillər və psixi pozgunluqları olan digər qrupar)

Mütəxəssis bildirir ki, xarakterindəki cəhətlərə görə insanın hansi cinayəti törədə biləcəyini təxmin etmək bəzən mümkün olur. Məsələn, qatillər başqalarının hiss və duyğularına qarşı tamamilə diqqətsiz insanlarolur. Fırıldaqçılar isə özündənrazı və görməmişlik azarına tutulurlar. Dövlət əmlakını talan edənlər isə başqa xüsusiyyətlərə malik olur. Bu qrup insanlar özlərini və ailələrinin maraqlarını cəmiyyətdən üstün tutur, özlərini cəmiyyətə qarşı qoyurlar. Alkoqola meyl edərək daha sonraisə bu məqsədlə oğurluq edənlər iradəsi zəif insanlar olur.

Cinayətkarın psixologiyası: Ətrafınızda kimlərin cani ola biləcəyini öyrənin

Kimlər hansı cinayəti törədə bilər?

Psixiatr deyir ki, bir çox cinayətlərin kökündə insanın özünə əminliyi dayanır. Qanunsuz maxinasiyalar nəticəsində əldə etdikləri bahalı əşyaları nümayiş etdirək xaraktercə xəsis olan insanlara məxsus xüsusiyyətdir. Soyğunçular isə bir çox hallarda öz əməllərini bu dairədəki digərlərindən daha üstün olduqlarını nümayişetdirmək üçün törədirlər. Xuliqanlar öz komplekslərini cinayətlə ört-basdır etməyə çalşanlardır. Onlar əsasən özlərindən daha uğurlu bildikləri şəxslərə hücum etməkdə mahir olurlar. Məsələn, gözəl qızla gəzən oğlan həmişə onların gözünə düşmən kimi görünür və acıqlarını ona hücum etməklə çıxacaqlarını, eləcə də hücum etdikləri şəxsi qızın yanında alçaldaraq ona qarşı münasibəti dəyişəcəklərini güman edirlər.

Atasız böyüyən uşaqlar cinayətkar olmur, ancaq...

Həkim psixiatr bildirir ki, cinayətkarlar çox zaman həyata fatalist baxırlar. Həbsxananı bədbəxt həyatn gətirdiyi bəla hesab edirlər. Onların əksəriyyəti cinayət törətməzdən əvvəl də gələcək üçün uzunmüddətli plan qurmağa maraqlı olmur və hər şeyi talenin axarına buraxmağa meyl göstərirlər. Mütəxəssislərin sözlərinə görə, atasızlıq heç də bir çoxlarının düşündüyü kimi cinayətə, qanunsuz əməllərə sövq etdirən vəziyyət deyil.

Əgər atasız böyüyən uşağın yanında onun qayğısına qalan anası varsa, o zaman onun həyatı normal qaydada davam edir:

“Qanlı cinayətləri adətən, ananın hökmran olduğu və atanın ona sözsüz tabe olduğu ailələrdə böyüyən uşaqlar törədir. Qadın despotizmi və qəddarlığı uşaqda insanlara qarşı emosional durum formalaşdırır. Məsələn, Andrey M. adlı cinayətkar bela ailədə dünyaya gəlmişdi. Anası ona çox qəddarlıqla yanaşırdı, anası ona təlqin edirdi ki, oğlu onun gözləntilərini doğrultmur. Digər uşaqlar daha yaxş oxuyur, özlərini yaxşı aparır. Oğlan belə bir ailədə böyüyüb, özünü yaxş hiss etməyib, onunla müqaysə edilən uşaqlara nisbətən özünü müvəffəqiyyət qazanan hesab etməyib. Orduda xidmət edib, texnikum bitirib, çilingər işləyib, arvadi ilə 6 il yaşayb, sonraisə onu öldürüb.

Çünki arvadı ona daim xəyanət edirmiş. Andrey sonra istintaqa ifadəsində demişdi: “Bildim ki, başqa kişilərlə görüşür”. O da daim içirdi ki, arvadnı bu vasitə ilə cəzalandırsın. Ancaq onu öldürmək dərəcəsinə çatdıran bir hadisə oldu. Arvadı ona dedi ki, ondan daha yaxşı birini tapıb. Kişi özünə nəzarəti itirdi. Uşaqlığını xatırladı. Anası ona daim başqalarından yaxşı olmadığını təlqin edirdi, başqalarını ona misal çəkirdi. Bu xatırlamadan sonra o, arvadına 28 bıçaq zərbəsi vurdu, beləlikə, sanki həm də anasını cəzalandırdı. Andreyin cinayət işində bu məqam qısqanclıqdan yaranan qətl kimi qeyd olundu”.

Rüşvətxorlar fərqli düşünür

Həkimin sözlərinə görə, qatillərdən fərqli olaraq, rüşvətxorlar və dövlət əmlakın mənimsəyənlər tamamilə fərqli düşüncədədirlər. Onlar əsasən uşaqlıqda ətrafdakılardan diqqət görmədiklərini bildirirlər və bunu da törətdikləri əməlin əsas səbəbi kimi izah edirlər: “Leonid S. adlı bir nəfərin işini götürək. O, külli miqdarda oğurluqda ittiham edilirdi. Araşdırma göstərdi ki, bu adam uşaq evində böyüyüb, anası avtomobil qəzasında ölüb, atası başqa qadınla evlənib. Oğlu isə yeni həyatında ona demək olar ki, lazım deyildi.Doğma nənəsi də ondan imtina edirdi. Uşaq vaxtından etibarən onda ətraf aləmə qarşı nifrət yaranmışdı, onu heç kəs sevmirdi, heç kəsə lazım deyildi.

Başa düşürdü ki, hər kəsə qarşı təkdir. O, hüquqşünas təhsili aldı, karyera pilləsində tez irəlilədi. Bilirdi ki, ancaq özünə arxayın ola bilər. Evləndi, uşaqları oldu və o, uşaqlarını, ailəsini hamdan daha yaxşı yaşatmaq istəyirdi. Buna görə də cinayətə əl atdı. “Mənim uşaqlıqda heç vaxt oyuncağım olmayıb.Başqasının ayaqqablarını geyinmişəm”,-deyə o bildirirdi. Daha sonra isə onun 2 koteji, 3 mənzili, 4 xarici markalı maşını oldu. Oğurladığı isə astronomik məbləğ idi. Həbs olunmasına baxmayaraq o, bundan peşman deyildi. Deyirdi ki, ən vacib olanı yerinə yetirib-ailəsini təmin edib. Uşaqları artıq böyükdürlər və özləri öz qayğılarına qala bilərlər. O, hətta dövlətdən oğurladıqları ilə fəxr edirdi, çünki bu pulu ailəsinə sərf etmişdi”. Psixoloq qeyd edib ki, bu adamda cəmiyyət olan nifrət hələ də qalıb və o özünü heç vaxt başqalarını yerinə qoya bilmir. Bu isə onun uşaqlıqda aldığı zədələrlə bağlıdır.

İşləmək ayıbdır, oğurlamaq yox

Psixoloq Maksim Vışeqorodski isə belə güman edir ki, cinayətkarın psixoloji durumu onun hərəkətlərinin qiymətlədirilməsində mühüm rol oyanyr:

“Cəmiyyət kimi kriminal aləmin də öz qanunlari var. Məsələn, bu aləmin nümayəndələrinə işləmək olmaz, onlar işləyə bilməzlər, ancaq yaşamaq üçün pulu hardansa tapmaq lazımdr. Və bu zaman cinayətlər baş verir. Hətta cinayətkar aləmin digər nümayəndələsindən öz intellektləri və güclü iradələri ilə seçilən kriminal avtoritetlər də cəmiyyətə adaptasiya olna bilmir. Onlar sosiallaşa bilmirlər, bunu bacarmırlar. Cəmiyyətə uyğunlaşa bilmirlər, buna görə də azadlığa çıxdıqdan sonra daiçəri qayıtmağa üstünlük verirlər. Çünki onlar orda hörmətli adam hesab olunurlar”.

Ancaq bir qrup cinayətkarlar övladlarını da arxalarınca aparır

Psixoloqun araşdırmaları göstərir ki, qanunu pozanların böyük əksəriyyəti cəmiyyətdə yerini tapa bilməyən insanlar olur. Onlar tez-tez bir yerdən başqa yerə köçür, iş yerini dəyişir, ailə bağları möhkəm olmur, dostluqda əlaqələri yarada bilmirlər. Oğurluq və soyğun törədən şəxslər həmişə bunu maddi təminatla əlaqələndirirlər. Məsələn Oleq T. Adlı şəxs həkim ailəsində böyüyüb. Hərbi məktəbi biitib, hərbi xidmət keçib. Evlənib, ev alıb. Bir sözlə, həyat normal qaydasnda davam edib. Ancaq hərbdəki durum, çətinliklər onu qorxudub, nizam-intizama riayət etmək ona çətin gəlib, istefaya çıxıb.

Ancaq özünə münasib iş tapa blməyib və içməyə başlayıb.Maşın oğurluğuna başlab və həbs olunub. Həbsdən azad ediləndən sonra arvadının yanına qaytmayıb, çünki onu arvadı heç gözləmirdi də.Təsadüfi qadınlarla görüşüb, içib, oğurluqlar davamlı olub. Psixoloqla söhbətində bildirib ki, sakit həyat tərzi keçirə bilmir, buna görə də bu həyat seçib:“Küçələrdəavara həyat tərzi sürən 14 yaşlı Kristina Ş. hara göndərsələr getməyə razı idi, təki ona ailəsini yanına qaytarmasınlar. Ailə deyəndə onun ancaq anası vardı, o da həmişə sərxoş olurdu. Qız onun yanına qayıtmaq istəmirdi. Anası və onun dostu sərxoş vəziyyətdə evdəki ən son əşyaları da satmışdı.



Ata qayğısı olmadan böyüyən uşaqlar daha çox aqressiv olur və nizam-intizamssz davranışları ilə seçilirlər. Onlar özlərini daha çox “yaxş oğlan” kimi təqdim etməyə çalışırlar. Əgər bu şəraitdə ana onu ancaq maddi cəhətdən təmin edib, ona qayğı gəstərmirsə, onun özündən böyük yoldaşlarının təsirinə düşmə ehtimalı yüksəlir. Onların arasında isə cinayətkarlar da olur. Bu boşluğu ancaq qayğıkeş ana doldura bilər. Ancaq maraqlıdır ki, cinayətkar valdieynlər öz övladlarını cinayətə sövq etmirlər. Burda ancaq brokonyerliklə məşğul olanları istisna etmək lazımdır. Bəzən elə hallar olur ki, həbsdən çıxan ata oğlu ilə söhbət etmək üçün psixoloqa müraciət edir, çünki oğlu onu eşitmir və sözlərinə əməl etmir. O isə oğlunun özü kimi olmasını istəmir, yəni cinayətkar olduğunun fərqinə varır. Ancaq bu zaman çox gec olur...

cebhe.info
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.