Kişilərin eşitmək istədiyi sözlər

07 Temmuz 2016
2 962
0
Kişilərin eşitmək istədiyi sözlər
Sevgidə yalnız qadınların xoş sözlərə ehtiyac duyduğunu düşünürsüzsə, yanılırsız!

Kişilər də qadınlar qədər sevildiyini və özünə dəyər verildiyini hiss etdirən cümlələr eşitmək istəyir. Kişilərin qadınlardan daha çox eşitmək istədiyi sözləri təqdim edirik.

Çox yaraşıqlısan! Kişilərin eqolarının razı salınmasından xoşlandığını bilməyən varmı?
"Çox yaraşıqlısan”, ya da "bu gün necə yaraşıqlı görünürsən” cümlələri onları xoşbəxt etməklə qalmaz, eyni zamanda özlərini yaxşı hiss etmələrinə səbəb olur. Yorucu bir günün sonu öpərək dediyiniz "möhtəşəm görünürsən” sözü onun enerjisini yerinə gətirəcək.

Sənə çox güvənirəm! Güvən uzun və sağlam bir münasibətin açarıdır. Kişilər də qadınlar qədər güvən dolu ünsiyyətin tərəfdarıdır. Ona güvəndiyinizi tez-tez dilə gətirin. Hər nə qədər riskli qərar qəbul etsə də, onun yanında olun.

Əzələlərin nə qəşəngdir! Sevgiliniz idmana həvəslidirsə, o zaman əzələlərinə edilən tərifi duymaqdan xoşu gələcək.

Səni sevirəm! Sevgi dolu bu cümləni ən az qadınlar qədər kişilər də eşitmək istəyir. Onunla nə qədər xoşbəxt olduğunuzu, ehtiraslı bir münasibət yaşadığınızı dilə gətirməniz həm onun üzünü güldürəcək, həm də ürəyini əridəcək.

Yemək dadlı idi! Bütün kişilər yemək bişirməkdə mütəxəssis deyil. Ancaq sevgilinizin sizin üçün hazırladığı sendviçi belə, "çox dadlıdır”, - deyə tərifləyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.