İngiliscə Daha Rahat Öyrənmək Üçün Kino Saytları

13 Temmuz 2016
7 918
0
İngiliscə Daha Rahat Öyrənmək Üçün Kino Saytları
Bu saytların köməyilə siz yeni kinolarla tanış olmaqla yanaşı, ingilis dilinizi də inkişaf etdirə bilərsiniz.
Filmlərə və seriallara öyrənilən dildə baxmaq həmin dili öyrənməyin ən effektiv metodu olaraq bilinir. Pahoo.az da sizə bir neçə pulsuz sayt təqdim edir. Bu saytların köməyilə siz yeni kinolarla tanış olmaqla yanaşı, ingilis dilinizi də inkişaf etdirə bilərsiniz.

İngiliscə Daha Rahat Öyrənmək Üçün Kino Saytları

Qısametrajlı filmlər üçün: Film English
Qısametrajlı filmlərdən əlavə, onlar əsasında dərs planları da təqdim edilir. Hər filmin üstündə dilin hansı səviyyəsinə uyğun olduğu, hansı auditoriyaya uyğun olmasından, mövzusundan məlumat yazılır. Filmə baxmaq üçün aşağı doğru sürüşdürün və danışıq qabiliyyətinizi inkişaf etdirməyə başlayın

Filmlərdən qısa fraqmentlər:Film Education
Yüzlərlə filmdən fraqmentlərlə yanaşı, həm də təklif edilən çalışmaları həll edin. Bundan əlavə saytda filmlər haqqında bir-birindən maraqlı məqalələri də oxuya bilərsiniz.. Filmlərin tam siyahısı üçün bura klikləyin. Xoş müzakirə və seyrlər!

Kino haqqında məqalələr: Learn English Teens Entertainment
British Council ingilis dilinin öyrədilməsində həmişə ən yaxşı həlləri təqdim etməklə tanınır. Bu resursda isə siz kino haqqında məqalə və resenziyalarla tanış ola bilərsiniz. Həm filmlər haqqında maraqlı fikirlər, həm də dil öyrənmək üçün əla saytdır.

Fraqmentlər və qrammatika: Movie Segments to Assess Grammar Goals

Subtitrlərlə filmə baxmaq yazı, danışıq və eşitmə qabiliyyətlərinizin eyni anda inkişafına gətirib çıxara bilər. Filmlərdən fraqmentlərə subtitrlərlə baxın və qrammatikanı əyani üsullarla öyrənin.
pahoo.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.