Pilot və Vyetnamlı qız

07 oktyabr 2014
3 106
5
Pilot və Vyetnamlı qız
Pilot və Vyetnamlı qız


Amerika təyyarəsi Vyetnamda bir dəstə uşağın sığındığı bir məbədə 4 bomba atır. Sağ qalan uşaqlar alovlar içərisində qışqıra-qışqıra qaçmağa başlayırlar. Bu vaxt amerikalı fotomüxbir Nik Ut orada idi və ona Pulitser Mükafatını gətirən məşhur fotoşəklini çəkdi. Vyetnam müharibəsinin simvol şəkillərindən biri olan acı dolu foto...
Çox keçmədi ki, bu şəkil (həm də bu şəkildəki çılpaq balaca qız) Vyetnam Müharibəsinin simvoluna çevrildi. Bu şəkil həm də Amerikanı dünya ictimaiyyəti qarşısında "məhkum edirdi". 1982-ci ildə hollandiyalı bir jurnalist o qızı axtarmağı qərara aldı. Və uzun axtarışlardan sonra o qızı tapdı. Bu qız Kim Fuk idi. O, bütün bədəni yandığı üçün Sayqonda 14 ay xəstəxanada yatmış, yanan yerlərin yarısından çoxunda üçüncü dərəcəli yanıq olduğu üçün həkimlər ondan ümidlərini üzmüşdülər. Kim Fuk dözülməz ağrılar çəkir, hətta bəzən bu ağrılardan huşunu itirirdi. Ən dəhşətlisi isə çənəsi ilə sinəsi bir-birinə yapışmış, sol əli sümüyünə kimi yanmışdı. İllər sonra Kim Fuk Kanadaya köçdü. Onda onun 34 yaşı var idi. Üstəlik o, Kanadaya tək yox, həyat yoldaşı və oğlu ilə köçmüşdü. Astma və şəkərdən əziyyət çəkir, tez tez miqren sancıları keçirirdi. Hələ də bədənində sağalmamış yaralar var idi. 1996-cı ildə Vaşinqtonda Vyetnam Müharibəsinin xatirəsinə bir mərasim keçirildi. Bu mərasimdə Kim Fuk da var idi. Nəhayət, söz Kim Fuka çatdı. Çıxışının sonunda o:
"Əgər o bombaları atan pilotla üz-üzə gəlsə idim, yəqin ki, ona "Artıq keçmişi dəyişdirə bilmərik" deyərdim. Deyərdim və sonra da əlavə edərdim: "Keçmişi dəyişdirə bilmərik, ancaq gələcəyi dəyişdirə bilərik. Həm də sülhə xidmət etmək üçün.""
Kim Fuk zaldan çıxmaq istəyirdi ki, kimsə ona bir kağız verdi və əli ilə kağızı göndərən adamı göstərdi. Kim Fuk istər istəməz kağızı göndərən adama baxdı. Onun əli-ayağı titrəyir və dəhşətli baxışlarla Kim Fuka baxırdı. Sonra Kim Fuk əlindəki kağızı oxudu. Kağızda: "Kim! O pilot mənəm!" sözləri yazılmışdı. Bəli, o, 8 iyun 1972-ci ildə Vyetnamdakı məbədə bomba atan təyyarənin pilotu Con Plammer idi. Müharibədən sonra uzun illər özünə gələ bilməmiş və o kiçik qızın şəklini cibində gəzdirmişdi. Kim bir anlıq pilota baxdı və sonra qollarını açaraq ona doğru qaçdı...
RƏYLƏR
Fidan
  • Fidan
  • 7 oktyabr 2014 15:13
Məndə axrını anlamadıme
Bahar
  • Bahar
  • 7 oktyabr 2014 13:21
oxudum amma axirini basa dusmedim niye qolunu acib ustune getdi onu anlamadim
ЗайкА)
Maraqlı yazıdı..qız dediyi kimi də etdi gələcəyi dəyişdi və nifrətlə yox sevgiylə yanaşdı ona..əllərinə sağlıq koçum))
Omrum Ikimizin
Maraqli idi oxudum azca
Dear..
yarısını oxudum maraqlıdı.əllərinə salığ
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)
21:00
628

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)

16.07.2019 Gündəlik Bürclər (16 İyul 2019 Günlük Bürclər)
20:00
1 790

16.07.2019 Gündəlik Bürclər (16 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (205)
19:00
708

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (205)

Sevgi Kitabı Yazılı Şəkilləri 2019 (1)
18:00
656

Sevgi Kitabı Yazılı Şəkilləri 2019 (1)

Qızlarda cinsi yetkinlik
17:00
245

Qızlarda cinsi yetkinlik

Frida Kahlo Yazılı Şəkilləri 2019 (6)
15:00
334

Frida Kahlo Yazılı Şəkilləri 2019 (6)

Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!
14:00
122

Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!

Dünyaya realist gözü ilə baxan 5 bürc
13:00
401

Dünyaya realist gözü ilə baxan 5 bürc

Energetik içkilərin normadan çox qəbulu...
12:00
94

Energetik içkilərin normadan çox qəbulu...

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ