Kişiləri barmaqlarından tanıyın!

26 Ağustos 2016
2 499
0
Kişiləri barmaqlarından tanıyın!
Sevgilinizin barmaqları xoşbəxtliyinizdən xəbər verə bilər. Belə ki, kişilərin barmaqlarının uzunluğu ilə qadınlara qarşı davranışları arasında bir bağlantı olduğu məlum olub. Feat.Az həmin bağlantını təqdim edir.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, kişilərin üzük taxılan barmaqlarının uzunluğunun qadınlara qarşı davranışı arasında bir bağlantı var. Bu bağlantının əsl səbəbi isə hələ ana bətnində olarkən testosteron səviyyəsi ilə bağlıdır.

Kanadada yerləşən McGill Universitetində aparılan bir araşdırmada üzük barmağını uzun, işarət barmağı qısa olan kişilərin ana bətnində testosteron səviyyəsinin daha çox olduğu məlum olub.Həmçinin, üzük barmağı uzun, işarət barmağı qısa olan kişilər qadaınlara daha nəzakətli davranır.

Araşdırmaya 18-54 yaş arası 155 kanadalı qoşulub. “Personality and Individual Differences” da yayımlanan araşdırmada iştirakçıların 20 gün ərzində sosial davranışları qeydə alınıb. Qadınlara 5 dəqiqədən daha uzun müddət görüşmələrini və görüşü qeyd etmələri istənilib. Həmçinin, iştirakçılardan bu davranışları edən şəxsləri – çox basqı edən, yola getməyən ya da passiv kimi kateoqriyalara ayırmaları istənilib.

Üzük barmaqları uzun olan kişilərin, qadınlarla olan münasibətlərinə yaxşı dinləyici olmaları, isti münaibət qura bildikləri, gülmə və.s. özəlliklərinin daha çox olduğu məlum olub. Həmçinin bu kişilərin davranışlarının daha yetkin olduğu və daha çox uşağa sahib olduqları bəlli olub. Barmaq uzunluqları bərabər olan kişilərin isə qadınlarla yola getmədiyi, tənqid etdikləri və səslərini yüksəltdiyi qeydə alınıb.

Üzük barmağı uzun olması kişilərin qadıanlara qarşı daha nzəakətli olduğunu xəbər versə də, pis bir tərəfi də məlum olub. Belə ki, Oxford Universiteti tərəfindən daha əvvəl aparılan araşdırmaya görə belə kişilərin aldatamya daha çox meyilli olduğu məlum olub.
qadinklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.