Bir az gülək)
Qız: Başa düşmədim ??
Oğlan: Bilmədim dovşanım deyim, yoxsa pişiyim, ümumiləşdirib yazdım))
-Əliş, get yat!
-Yuxum gəlmir…
-Yaxşı, uzan, gözlərini yum!
-Axı onda yatıram…
Uşaq:-ana, olar özümü pəncərədən aşağı atım?
Ana:-Dərslərivi oxu, sonra!
Müəllim məktəbdə uşağın dəftərinə oğlunuz çox danışır yazıb evə yollayır. Atası bunu oxuyub aşağıdan yazır ki, bu nədir ki? Siz hələ anasını görməmisiniz)))
Bir gün narkoman yas məclisinə gəlir.Görür ki,molla bildiyində,bilmədiyində danışır.Mollanı ələ salmaq üçün deyir:Olar bir sual verim?Molla deyir ver.Narkoman deyir:Sübh o başdan durdum orucumu açım,gördüm orucum koda düşüb açılmır.Nece eleyim açım?Molla özün itirmədən cavab verir.Burda çətin heç nə yoxdur.Bir stəkan su,iki dənə xurma,dyez-yes.
-Kanka, İngilizce 1 ne?
-One
-Haha lan benim senden sorduğum kabahet sen nerden bilesinki gerizekalı..:)
Oğluvun adın nə qoydun?
+ Bərəkət
- Niyə?
+ Dava olanda tapdalamasınlar deyə :)))
-Həkim kömək eləyin mənə, Hər gün yuxuda görürəm ki siçovullar futbol oynayır.
+ Mən sizə elə dərman yazacağam ki, siz daha yuxu görməyəcəksiniz.
- Yazın, yazın, amma bu gün həmin dərmanları qəbul edə bilməyəcəyəm!
+ Niyə?
-Çünki bu gecə final oyun olacaq
-Oğul, belimdə üçbucaq çək
+ Çəkdim
- İndi onu yarıya böl
+ Böldüm
- Diaqanal çək
+ Çəkdim
- Həmən hissədə dairə çək
+ Çəkdim
- Dairənin içində radius çək
+ Çəkdim
- Hə bax oranı qaşı da ölürəm eee...
-Saçını nəynən yuyursan?
+ Lorel Paris Elseve Komple Onarıcı,bəs sən?
- Şampunla
Gözlərini yum təsəvvür et ki, biz hamıdan uzaqda quşların səsinə, yarpaqların əsməsinə qulaq asırıq. İsti günəş bədənimizi qızdırır biz isə kartof yığırıq.
Müəllimə dərsdə soruşur: - Uşaqlar, kim deyər balıqlar nə üçün danışmır? Heç kim cavab vermir.Mamed qalxıb deyir: - Müəllimə,sizin başınızı suya salsam,danışa bilərsiniz?
Müəlliməsi şagirddən soruşur ingiliscə bilirsən?
-bəli
-onda tərcümə elə, 'kişi qaça-qaça hovuza tullandı və boğulub öldü'
-a man diqidid-diqidid aleeeeyy hop bul bul bul bul :))))
76 yaşlı kişi mağazaya girib deyir :
- Mənə 2 dənə o kostyumdan ver.
Satıcı: - Dayı neynirsiniz 2 dənə eynisindən?
Qoca: -Birini atama alıram birini də özümə.
Satıcı : - Sizin atanız da vaaaar? Neçə yaşı var?
Qoca:-100, Babamın toyuna hazirlaşırıq.
Satıcı: -Sizin babanızın neçə yaşi var ki? Hələ evlənmiyib?
Qoca: - 140, evlenmiyib deyəndə ki, özündən olsa, evlənməz eee valideynləri məcbur eliyir :DDD
Qələmivi itirirsən = qələm yox
qələm yox = yazı yox
yazı yox = təhsil yox
təhsil yox = diplom yox
diplom yox = iş yox
iş yox = pul yox
pul yox = yemək yox
yemək yox = bədən yox
bədən yox = qəşənglik yox
qəşənglik yox = sevgi yox
sevgi yox =evlilik yox
evlilik yox = uşaq yox
uşaq yox = yalnızlıq
yalnızlıq = depressiya
depressiya = xəstəlik
xəstəlik = ölüm!!!
Nəticədə : Qələmi itirmə, yoxsa həyatıvı itirərsən... :))
ALMA güya vitamindi ? Xeyirlidi ?
Sona qədər oxuyun
Alma=Vitamin
Vitamin=güc
Güc=iş
İş=pul
Pul=Sevgi
Sevgi=stress
Stress=xərçəng
Xərçəng=ölüm
İndi Alma istəyən var :))
Atası 5 yaşındakı oğlu Mamedi yatızdırdıqdan sonra özü yatmağa gedərkən, Mamed arxasından çağırır :
-Ataaa ! Susadım. Mənə su gətirə bilərsən ?
Atası mətbəxə gedir, oğluna bir stəkan su gətirir və təzədən öz otağına gedir. 5 dəqiqə sonra Mamed yenidən çağırır : -Ataaa ! Bir stəkan su gətirə bilərsən, zəhmət olmasa? Elə yuxuya gedən zaman oğlunun çağırmasına hirslənən atası deyir : -Suyuvu indi içdin. Gözlərini yum və yat ! Aradan 5 dəqiqədə keçəndən sonra Mamed yenə çağırır : -Atacaaannn. Çox susadım. Bu dəfə yuxusundan duran atası daha da sərt bir səslə qışqıraraq: -Bir də məni oyandırsan, gəlib döyəcəm səni! 5-6 dəqiqə sonra Mamed içəridən yenə çağırır : -Ataaa, döyməyə gələndə 1 stəkan da su gətirə bilərsən ?
Ata oğlundan su istəyir.
Böyük oğlu yorğunam deyir.
Ortancıl dərsim var deyir.
Ən balaca oğlu deyir-Qalx, Ata, qalx bu şərəfsizlərdən xeyir yoxdur, özün iç, mənə də 1 stəkan gətir :DDD