Allahın bəndəsindən razı olmasının nişanəsi nədir?

27 Ağustos 2016
2 226
0
Allahın bəndəsindən razı olmasının nişanəsi nədir?
Bu dünyada Allahın bəndəsindən razı olub-olmamasının nişanəsi, İlahi vacibatlara əməl etmək və haramlardan çəkinməklə ölçülür. Hər bir müsəlman öz batininə müraciət edərək, vacibatları yerinə yetirmək və İlahi əmrlərə nə qədər sadiq olduğunun ölçüsünü müəyyən edə bilər. Bu ölçü Allahın bəndəsindən nə qədər razı olmağının ölçüsü olar. "Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar. Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür". ("Bəyyinə" 7-8).

Feat.Az deyerler.org-a istinadən bildirir ki, Allah bütün qanunlarını insanları səadətə və əbədi behiştə çatdırmaq üçün göndərmişdir. Bu qanunları vəhy, kitab və rəsullar vasitəsilə insanlara tanıtmışdır. Kamil insan o kəsdir ki, Allahın bütün qanunlarına əməl edərək, Onun razılığını əldə etsin. İnsanlar iman, təqva və əməl cəhətdən bərabər deyildirlər. Allah Təala 14 Məsumdan (ə) razıdır, eləcə də, Əbuzərdən də razı idi. Allahın onlardan razı olmaq ölçüsü əməlin kəmiyyət və keyfiyyətindən, ixlas və xalisliyindən asılıdır. (Erfan)
İmam Baqir (ə) buyurur: "Allah üç şeyi üç şeydə gizlətmişdir: razılığını itaətində qərar vermişdir, ona görə də heç bir ibadəti kiçik hesab etmə. Ola bilsin ki, Allahın razılığı o ibadətdə olsun. Qəzəbini günahda gizlətmişdir. Ona görə də günahı kiçik hesab etmə, ola bilsin ki, qəzəbi həmin günahda olsun. Övliyalarını insanların arasında gizlətmişdir. Ona görə də heç kəsi təhqir etmə, ola bilsin ki, o, Allahın vəlisi olsun".
Ona görə də Allahın kəlamı olan Quranda Onun razılığına səbəb olan əməlləri axtarıb tapıb, onları yerinə yetirmək lazımdır. Allahın razılığı ilə bağlı 30-dan çox ayə nazil olmuşdur.
Bu ayələrdən çıxartdığımız nəticələrə görə, Allahın razılığının şamil olduğu bəndələri:
1. Allaha və Qiyamət gününə iman bəsləyənlər.
2. Dinlərini qorumaq üçün evlərini və vətənlərini buraxıb, hicrət edənlər.
3. Mal və canları ilə Allah yolunda cihad edənlər.
4. Davamlı olaraq vilayətin ardıcılıdırlar.
5. Allahın razılığını danışıq və əməlin düzlüyündə axtarmaq lazımdır.
6. Təqvaya riayət edənlər.
7. O kəslər ki, danışıq və əməllərində şiddətlə məsuliyyət hiss edirlər. Günahlarından qorxur və davamlı olaraq Allahdan bağışlanma istəyirlər.
8. Onlar nifaqdan, yalandan, fırıldaqdan, xəyanətdən uzaqdırlar.
9. Onlar bəndəlik yolunda təvazökar və mütidirlər.
10. Onlar malları və canları ilə infaq edirlər.
11. Davamlı olaraq əmr-be-məruf və nəhy-əz-munkər edirlər.
12. Namaz qılmaqda səy göstərirlər.
13. Mallarının zəkatını verirlər. Allahın və Peyğəmbərin (s) ardıcılıdırlar.
14. Kafirlərin qarşısında möhkəm divar kimidirlər.
15. Din qardaşlarına qarşı mehribandırlar.
16. Allahdan Onun razılığını və fəzlini istəyirlər.
17. Zahirləri və simaları dindar və mütidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.