Pəhriz Saxlayanlar Mütləq Yesin

22 Kasım 2021
2 232
0
Pəhriz Saxlayanlar Mütləq Yesin
Bulqur yarma, makaron və düyüyə nisbətən daha zəngin bir qida qaynağıdır. Buna görə də mütəxəssislər karbohidrat qaynağı olaraq makaron və düyü yerinə bulqura üstünlük verilməsini təklif edirlər. Bulqurun tərkibində B qrupu vitaminləri, fol turşusu və lif düyü və makarondan daha yüksəkdir. Qidalanmada və çəkinin idarə olunmasında bulqur əvəzedilməz qidadır. Feat.Az bulqurun faydalarından bəhs edir.

Uzun müddət tox tutur

İlk növbədə onu bildirək ki, sağlam formada arıqlamaq üçün xüsusilə pəhriz siyahılarına bulqurun əlavə olunması məsləhətdir. Yüksək miqdarda lif ehtiva edən bulqur uzun müddət tox tutma xüsusiyyətinə malikdir. 100 qram bulqurda 8.2 qram lif olduğu halda, düyüdə bu nisbət 3.0, makarondan isə 5.2 qramdır.

Lifli qidalar xolesterolu aşağı salıcı təsiri sayəsində öd turşularının qarşısını alaraq, pəhrizdə ümumi yağ və xolesterolu tənzimləyir.

Qlisemik indeksi aşağıdır


Qlisemik indeksi aşağı olan qidalara üstünlük vermək uzun müddət şəkərli diabet, ürək xəstəlikləri və xroniki xəstəliklərin meydana gəlmə riskini azaldır. Yediyimiz qidaların qan şəkərini yüksəltmə nisbətinə qlisemik indeks deyilir. Bulqurun qlisemik indeksi aşağı olduğundan qana yavaş qarışdığı üçün tez-tez yeyilməlidir.

Həyatınız boyu qlisemik indeksi yüksək qidalardan uzaq durun. Yeməklərinizi hazırlayarkən ət, tərəvəz, quru paxlaya üstünlük verin. Qlisemik indeksi yüksək olan düyü, ağ çörək, kartof kimi qidalar əvəzinə bulqur, yarma yeməyə çalışın.
lent.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.