Üzümüzü təmizləyərkən etdiyimiz səhvlər
- Üzünü təmizləyərkən üz təmizləmə köpüyü istifadə edə bilərsən. Ancaq üz dərin qurudursa köpük dərin üçün doğru məhsul deyil. Buna görədə də üzünün nəm balansını qorumaq üçün tərkibində krem olan təmizləmə geli və ya uşaq sabunundan istifadə edə bilərsən. Həm də, krem tərkibli təmizləyicilər makiyajın da rahat təmizlənməsinə şərait yaradır.
- Kosmetika dükanlarında üz yumaq üçün bezlər satılır ki, bunları da çoxumuz alıb istifadə edirik. Ancaq istifadə olunan bu dəsmallar bakteriyaların yaranmasına səbəb olur. Eyni zamanda da həmin dəsmallar yaxşı materiallardan hazırlanmır. Bu səbəbdən də üzünü əlinlə yu və pambıqdan hazırlanmış dəsmalla yavaşca qurula.
- Üz təmizləmək üçün olan salfetlər asan istifadə olunur. Amma bir çox salfetlərin tərkibində dərini zədələyən maddələr olur. Buna görə də üz təmizləmə salfetlərindən az istifadə edin və ya əgər salfetdən istifadə edirsənsə, bu zaman üzünü su ilə yumağın məsləhətlidir.
foxy.az